Almaniyada yeni rəy sorğusu ölkə ictimaiyyətinin hərbi xidmətə münasibətini ortaya qoyub
31.08.2025 [12:19]
Almaniyada keçirilən yeni sorğu ölkə ictimaiyyətinin hərbi xidmətə münasibətini ortaya qoyub.
AZƏRTAC xəbər verir ki, INSA İnstitututunun “Bild” qəzetinin sifarişi ilə apardığı rəy sorğusuna qatılanların cəmi 29 faizi Bundesverin yeni qanun vasitəsilə kifayət qədər hərbçi cəlb edə biləcəyinə inanır. Respondentlərin 55 faizi bu məqsədin reallaşacağına şübhə ilə yanaşır, 16 faizi isə mövzu ilə bağlı fikir bildirməyib.
Ən yüksək dəstək hökumət partiyalarının tərəfdarları arasında müşahidə olunub. Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) seçicilərinin 36 faizi, Sosial Demokratlar Partiyasının (SPD) seçicilərinin isə 40 faizi islahatı dəstəkləyib. Bu dəstək Almaniya üçün Alternativ (AfD) partiyasının tərəfdarları arasında 23 faiz, Sahra Vaqenknext İttifaqı (BSW) seçiciləri arasında isə 20 faiz təşkil edib.
Sorğu, həmçinin məcburi hərbi xidmətin bərpasına dair yanaşmanı da ortaya çıxarıb. Respondentlərin 50 faizi məcburi xidmətin yenidən tətbiqinə tərəfdar olduğunu ifadə edib, 34 faizi isə əleyhinə səs verib, qalanları mövqeyi bildirməyib. Ən yüksək dəstək CDU/CSU tərəfdarları arasında qeydə alınıb, 60 faiz məcburi xidmətin bərpasını dəstəkləyib. Ən az dəstək isə Sol Partiyanın seçiciləri arasında müşahidə olunub – 25 faiz.
Qeyd edək ki, Almaniyada hərbi xidmətin modernləşdirilməsi ilə bağlı yeni qanun hərbi xidmətin könüllü, çevik və daha cəlbedici şəkildə təşkil olunmasını hədəfləyir. Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən hər il 18 yaşına çatmış bütün kişilər onlayn formada sorğu doldurmalıdırlar. Qadınlar bu prosesdə könüllü iştirak edə bilərlər. Bundesverə uyğun olan şəxslər bundan sonra tibbi müayinəyə çağırılacaqlar. Tibbi müayinə 2027-ci il iyulun 1-dən etibarən 18 yaşlı kişilər üçün məcburi olacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

