/ / Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır, sağ qalanlar isə humanitar fəlakətlə üzləşə bilər
Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır, sağ qalanlar isə humanitar fəlakətlə üzləşə bilər
04.09.2025 [22:53]
Xilasedicilər bu həftə Əfqanıstanda zəlzələlər nəticəsində dağılmış evlərin dağıntıları altından cəsədləri çıxarmaq üçün mübarizə aparır, beynəlxalq yardım agentlikləri qida, sığınacaq və dərman ehtiyatının azaldığı barədə xəbərdarlıq edir və bu fonda sağ qalanları qaranlıq gələcək gözləyir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ölkənin şərqində zəlzələdən zərər çəkmiş dağlıq ərazilərdə axtarış əməliyyatları çərşənbə günü axşam saatlarında davam edib, səlahiyyətlilər daha çox cəsədin çıxarıldığını bildiriblər. Dəqiq sayı hələ müəyyən edilməsə də, ölənlərin sayının 1457 nəfəri ötdüyü xəbər verilir.
Ən çox zərərə uğrayan Kunar əyalətində sağ qalanlar bildirirlər ki, onlara məxsus olan hər şey məhv olub.
Əfqanıstanda son illərdəki ən ölümcül zəlzələlərdən biri olan ilk 6 bal gücündə zəlzələ bazar günü Kunar və Nangarhar əyalətlərində geniş dağıntılara və tələfata səbəb olub, onun episentri 10 kilometrlik dayaz dərinlikdə yerləşib. Çərşənbə axşamı günü 5,5 bal gücündə ikinci zəlzələ çaxnaşmaya səbəb olub və xilasetmə işlərini yarımçıq qoyub, çünki zəlzələ dağlardan qayaların uçmasına və ucqar ərazilərdə kəndlərə gedən yolların bağlanmasına gətirib çıxarıb.

Hakimiyyət orqanları daha 3400 nəfərin yaralandığı, 6700-dən çox evin dağıldığı barədə məlumat verib. BMT xəbərdarlıq edib ki, insanlar dağıntılar altında qaldıqları üçün ölənlərin sayı arta bilər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) bildirir ki, humanitar ehtiyaclar “kütləvi şəkildə və sürətlə artır”.
Müharibə, yoxsulluq və azalan humanitar yardımdan əziyyət çəkən, ağır hava şəraitinin əlavə problem yaratdığı 42 milyon əhalisi olan Cənubi Asiya ölkəsində xilasetmə və bərpa səyləri üçün resurslar məhduddur.
Ümumdünya Səhiyyə Təşkilatı tələbin artması fonunda dərman, ilk tibbi yardım dəstləri və zəruri malların tədarükünü təmin etməyin vacib olduğunu bəyan edib və bildirib ki, 3 milyon dollarlıq maliyyə çatışmazlığı var. BMT-nin Ümumdünya Ərzaq Proqramı isə sağ qalanları dəstəkləmək üçün lazım olan maliyyə və təchizatın yalnız dörd həftə kifayət edəcəyini vurğulayıb. Bu barədə onun rəhbəri Con İlieff çərşənbə günü “Reuters” agentliyinə bildirib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

