Bobun həyat yoldaşı da həbs olundu
13.09.2025 [09:25]
ABŞ-ın sabiq ermənipərəst senatoru Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib. “Bloomberg”in məlumatına görə, 58 yaşlı Nadin Menendes biznes fəaliyyəti ilə əlaqədar və ya ərindən hüquqi yardım istəmək üçün Nyu-Cersi ştatından üç kişidən nağd pul, qızıl külçə və lüks avtomobil şəklində rüşvət almaqda təqsirli bilinir. Ona qarşı ümumilikdə, 15 maddə üzrə ittiham irəli sürülüb. Prokurorlar xanım Menendesin ərinə mesajlar və rüşvət ötürməsində, həmçinin Misir rəsmiləri ilə görüşlərin təşkilində roluna görə azı 7 il həbs cəzasına məhkum edilməsini tövsiyə etmişdilər. Müstəntiqlər onun rüşvət cinayətində aparıcı fiqur olduğunu deyirlər. Qeyd edək ki, keçmiş senatorun özü də eyni cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edilib, hökm bu il iyunun 17-dən qüvvəyə minib. Xatırladaq ki, Bob Menendes 2020-ci ildə erməni əsilli Nadine Arslanyanla evlənib. Cütlük Kuins ştatının Baysayd şəhərindəki erməni kilsəsində kiçik mərasimlə bir araya gəlib. Arslanyan Livan əsilli ermənidir. Bob Menendes ikinci arvadının təsiri altında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparırdı.
Bob Menendes erməni lobbisinə yaxınlığı ilə seçilən demokrat senatorlardan biri idi. Digər ermənipərəst senatorlar kimi Menendes də Ermənistanın işğalçılıq siyasətini və Azərbaycanın əzəli torpağı - Qarabağda tarixin zibilliyinə atılmış qondarma rejimi dəstəkləyirdi. O, senator olduğu müddətdə mütəmadi olaraq anti-Azərbaycan və anti-Türkiyə kampaniyalarının təşkilində aktiv şəkildə rol oynamış, hətta bu kampaniyalara rəhbərlik etmişdi. Senator olduğu zaman bütün fəaliyyətini korrupsiya və rüşvət üzərində quran B.Menendes öz şəxsi maraqları və ambissiyaları üçün erməni lobbisinə xidmət edib və lobbinin planlarının baş tutması üçün əlindən gələni edib. Menendesin seçki kampaniyasına erməni əsilli milyarderlərin maliyyə vəsaitləri ayırmasına da şübhə yoxdur. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Menendes aldığı tapşırıq və əmrlərə uyğun olaraq Azərbaycana qarşı bəyanatlarını daha da intensivləşdirdi - üç-dörd il bundan öncə sabiq senator özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uaythausu və Heri Pitersi başına yığaraq Konqresdə “Ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında” bədnam qanun layihəsini irəli sürmüşdü. Menendes və ermənipərəst senatorlar bu qanun layihəsinin qəbul olunması üçün nə qədər səy göstərsələr də, onların cəhdləri heç bir nəticə vermədi. Bob, bununla yanaşı, vaxtilə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddia edirdi ki, guya, Azərbaycan Laçın yolunu bağlamaqla Qarabağ ermənilərini blokadaya alıb və ərazidəki ermənilərə humanitar yardımın çatdırılmasına imkan vermir. Əvvəlki cəhdləri kimi, Menendesin bu cəhdi də baş tutmadı. Eyni zamanda, qeyd edək ki, Menendes yunan lobbisinə də pul müqabilində xidmət edib - o, ABŞ-ın Türkiyə ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsinə qarşı çıxışlar edirdi.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

