NASA Günəşdə aktivliyin artması ilə bağlı xəbərdarlıq edib
17.09.2025 [14:13]
2008-ci ildə qeydə alınmış rekord dərəcədə sakitlik dövründən sonra Günəşdə aktivlik gözlənildiyi kimi azalmağa davam etmədiyi, əksinə, tədricən artmağa başladığı müəyyən olunub. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından Ceymi Yasinskinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu bu qənaətə gəlib.
AZƏRTAC xəbər verir ki, araşdırma “The Astrophysical Journal Letters” (AJL) jurnalında dərc olunub.
“Bütün əlamətlər Günəşin uzunmüddətli zəif aktivlik fazasına keçdiyini göstərirdi. Buna görə də trendin dəyişməsi bizi təəccübləndirdi. Günəş yavaş-yavaş oyanır”, - deyə Yasiniski bildirib.
Günəşin aktivliyi təxminən 11 illik dövrlərlə dəyişir, lakin onilliklər davam edən uzunmüddətli variasiyalar da mümkündür. 1980-ci illərdən 2008-ci ilə qədər aktivlik müntəzəm olaraq azalaraq müşahidələr tarixində ən aşağı səviyyəyə çatmışdı. Bir çoxları gözləyirdi ki, bu, sakit Günəşin yeni “kiçik erasının” başlanğıcıdır. Lakin bunun əvəzinə Günəş ləkələrinin sayı, günəş küləyinin sıxlığı və maqnit sahəsinin intensivliyi yenidən artmağa başladı.
Bu isə o deməkdir ki, gələcəkdə Yer və digər planetlər daha tez-tez güclü kosmik hadisələrin — günəşdə partlayışların, maqnit qasırğalarının və koronal kütlə atımlarının təsirinə məruz qala bilər. Belə hadisələr peyklərin, GPS sistemlərinin, radiobağlantının, enerji şəbəkələrinin işinə, həmçinin astronavtların təhlükəsizliyinə təsir göstərir.
“Biz uzunmüddətli dəyişimləri tam anlamırıq. Məsələn, niyə 1790-cı illərdə Günəş aktivliyi 40 il ərzində minimum vəziyyətdə qaldı? Belə sirlər hələ çoxdur”, - deyə Yasiniski vurğulayıb.
Alimlər araşdırma üçün NASA-nın 1990-cı illərdən fəaliyyət göstərən uzunmüddətli “ACE” və “Wind” missiyalarından əldə olunan məlumatlardan istifadə ediblər. Bu aparatların ölçmələri Yerə qədər gəlib çatan Günəş küləyinin və plazmasının parametrlərini qeydə alır.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, “oyanmış” Günəş bəşəriyyətə yeni kosmik “pis hava şəraiti” dalğası gətirəcək və gələcəkdə həm texnologiyaların işi, həm də Ay və Marsa nəzərdə tutulan missiyaların təhlükəsizliyi proqnozların dəqiqliyindən asılı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

