Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Volodimir Zelenski: Sülh dövründə Ukrayna rəhbərlik etmək niyyətində deyiləm

Volodimir Zelenski: Sülh dövründə Ukrayna rəhbərlik etmək niyyətində deyiləm

25.09.2025 [21:16]

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, sülh dövründə ölkəyə rəhbərlik etmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Axios” nəşrinə müsahibəsində bildirib.

“Mənim məqsədim seçkiləri davam etdirmək yox, müharibəni bitirməkdir”, - deyə Zelenski əlavə edib.

Zelenski, həmçinin atəşkəs əldə olunarsa, Ukrayna parlamentindən seçkilərin təşkilini xahiş edəcəyinə söz verib. Bununla belə, o hesab edir ki, mövcud təhlükəsizlik vəziyyəti və Ukrayna Konstitusiyası müəyyən problemlər yaradır.

Buna baxmayaraq, Zelenski seçkilərin mümkünlüyünə inanır.

Prezident başa düşür ki, insanlar uzunmüddətli sülhə nail olmaq üçün vacib qərarları qəbul edəcək “yeni mandata malik lider” istəyə bilər.

"Atəşkəs zamanı düşünürəm ki, təhlükəsizlik seçkilərin keçirilməsini mümkün edə bilər. Bu, mümkündür", - deyə Zelenski bildirib.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31