Çexiya milli elektrik şəbəkəsini modernləşdirir
30.09.2025 [21:45]
Çexiya hökuməti qarşıdakı illərdə əsas infrastruktur sərmayələrindən biri olacaq milli elektrik şəbəkəsinin modernləşdirilməsi ilə bağlı genişmiqyaslı planları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, proqramın əsas məqsədi ölkənin enerji sistemini artan elektrik enerjisi istehlakına hazırlamaq və enerji balansında payı durmadan artırılan bərpaolunan enerji mənbələrinin inteqrasiyasından ibarətdir.
Çexiya Sənaye və Ticarət Nazirliyinin nümayəndələrinin sözlərinə görə, modernləşdirmə təkcə elektrik xətlərinin yenilənməsini deyil, həm də smart şəbəkə idarəetmə texnologiyalarının tətbiqini əhatə edir. Bu, enerji təchizatının etibarlılığını artıracaq və pik dövrlərdə kəsilmə riskini azaldacaq.
Paylayıcı şəbəkələrin inkişafına xüsusi diqqət yetiriləcək. Hökumət yaxın onillikdə evlərdə günəş enerjisi qurğularının və elektrik avtomobilləri doldurma stansiyalarının sayında əhəmiyyətli artım olacağını gözləyir. Onları səmərəli şəkildə birləşdirmək üçün yerli infrastrukturun imkanlarını artırmaq və ikitərəfli enerji mübadiləsini təmin etmək lazımdır.
Layihənin maliyyələşdirilməsi qismən Avropa fondları və milli büdcə hesabına təmin ediləcək. Ümumi sərmayə bir neçə yüz milyard çex kronu məbləğində qiymətləndirilir. Mütəxəssislər proqramın həyata keçirilməsinin Çexiyanın enerji müstəqilliyinə və Aİ-nin iqlimlə bağlı məqsədlərinə nail olunması istiqamətində mühüm addım olacağına inanırlar. Bununla belə, onlar vurğulayırlar ki, modernləşmənin uğuru daha çox tənzimləyicilərin təsdiqinin sürətindən və energetika sektorunda fəaliyyət göstərən özəl şirkətlərlə əlaqə səviyyəsindən asılı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

