Çexiya ordu üçün təhlükəsiz peyk rabitəsinə sərmayə qoyur
17.10.2025 [16:19]
Çexiya Müdafiə Nazirliyi iki MILSATCOM hərbi peyk şəbəkəsinin idarəetmə stansiyalarının alınması ilə bağlı böyük müqavilənin imzalandığını elan edib.
AZƏRTAC xəbər verir ki, sövdələşmə 2,82 milyard Çexiya kronu (təxminən 112 milyon avro) dəyərində qiymətləndirilir. Bura təkcə avadanlığın tədarükü deyil, həm də 11 il ərzində texniki xidmət, maddi-texniki dəstək və kadr hazırlığı daxildir. Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni stansiyalar ABŞ Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) vasitəsilə alınacaq. Komplekslər LET (Large Enterprise Terminals) stasionar baza stansiyaları əsasında qurulub. Avadanlığın çatdırılması 2027-ci ilə planlaşdırılır.
Nazirlik vurğulayıb ki, MILSATCOM-un tətbiqi Çexiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və NATO-nun kommunikasiya infrastrukturuna inteqrasiyası istiqamətində səylərinin mühüm tərkib hissəsidir. Yeni sistem ordunu xarici müdaxilələrə və kiberhücumlara davamlı etibarlı və təhlükəsiz məlumat mübadiləsi kanalları ilə təmin edəcək.
Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, müasir peyk texnologiyaları Çexiya hərbçilərinə real vaxt rejimində əməliyyatları əlaqələndirməyə və döyüş meydanında baş verənlərin hərtərəfli mənzərəsini əldə etməyə imkan verəcək. Bu da qoşunların idarə edilməsini və müttəfiqlərlə qarşılıqlı əlaqələrin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.
Xəbər lenti
Hamısına baxAnalitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19

