ÜST antibiotiklərə davamlı infeksiyaların sürətlə artması barədə xəbərdarlıq edib
26.10.2025 [19:17]
Bütün dünyada xəstəxanalarda antibiotiklərə davamlı infeksiyalar sürətlə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal hesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmiş hər altı bakterial infeksiyadan təxminən biri standart preparatlarla müalicəyə davamlı olub.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadla xəbər verir ki, ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı” adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, 2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalardan ölüm hallarının sayı 70 faiz arta bilər.
Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilən antibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara - qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərə qarşı effektivliyini itirib.
ÜST 104 ölkədən 23 milyon bakterial infeksiya haqqında məlumat toplayıb. Təhlil göstərdi ki, ən ağır vəziyyət səhiyyə sistemlərində diaqnostika vasitələri, antibiotiklər və infeksiyaya nəzarət resurslarında çatışmazlıq olan aşağı və orta gəlirli ölkələrdədir.
“Bu nəticələr ciddi həyəcan doğurur. Antibiotiklərə qarşı müqavimət artmaqda davam etdiyinə görə, biz getdikcə daha çox effektiv müalicə üsullarının sadəcə olmadığı bir vəziyyətlə üzləşirik. Bu, infeksiyaların qarşısının alınması və nəzarətinin zəif olduğu, etibarlı diaqnostika və dərman vasitələrinə çıxışın məhdud olduğu ölkələrdə xüsusilə təhlükəlidir”, - deyə ÜST-nin Antimikrob preparatlara müqavimət Departamentinin direktoru Doktor İvan Xutin bildirib.
ÜST-nin qiymətləndirmələrinə görə, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizində hər üç bakterial infeksiyadan biri artıq antibiotiklərə davamlıdır. Afrika ölkələrində - təxminən hər beşindən biridir. Bununla belə, faktiki rəqəmlər daha yüksək ola bilər: bir çox ölkələrdə məlumatlar ilk növbədə ən ağır halların cəmləşdiyi böyük ixtisaslaşmış xəstəxanalardan daxil olur.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

