İsveçdə “Qara cümə” ərəfəsində qiymət manipulyasiyaları artır
05.11.2025 [21:12]
İsveçli ekspertlər və dövlət qurumları xəbərdarlıq edirlər ki, ölkədə bir çox onlayn mağazalar noyabrın sonunda keçiriləcək “Qara cümə” endirimləri ərəfəsində əvvəlcədən qiymətləri qaldıraraq, sonradan böyük endirim təəssüratı yaratmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, “Prisjakt” qiymətlərin müqayisəsi platformasının məlumatına əsasən, təxminən üç milyon məhsulun təhlili təkcə oktyabr ayında 13 faiz məhsulun qiymətinin 10 faizdən çox artdığını göstərib. Bu halda mağazalar qanunu formal şəkildə pozmur, lakin faktiki olaraq alıcıları aldatmış olurlar. Çünki endirim elan edərkən son 30 gün ərzindəki ən aşağı qiyməti göstərmək məcburiyyətindədirlər, lakin bu “ən aşağı qiymət” əvvəlcədən süni şəkildə qaldırılmış olur.
Ekspertlər bildirirlər ki, xüsusilə də geyim, ayaqqabı və məişət texnikası kateqoriyalarında qiymət artımı daha çox nəzərə çarpır.
Vətəndaş məsələləri üzrə nazir Erik Slotner baş verənləri “qanundan sui-istifadə” adlandıraraq bildirib ki, hökumət qiymət manipulyasiyalarına qarşı yeni tədbirləri nəzərdən keçirməyə hazırdır.
“Bu, tamamilə qəbuledilməzdir. Qanun istehlakçıların müdafiəsi üçün yaradılıb, əgər onların əleyhinə istifadə olunursa, biz müdaxilə etməyə borcluyuq”, – deyə nazir vurğulayıb.
Qiymət məlumatı haqqında qanun 2022-ci ildə yenilənib, lakin ekspertlərin fikrincə, gözlənildiyi kimi işləmir. Rəsmilər nəzarəti gücləndirəcəklərini və istehlakçıların təqdim olunan endirimlərə etibar edə bilmələri üçün zərurət yarandıqda qanunvericiliyə dəyişiklik ediləcəyinə söz veriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

