Almaniya iqlim fondu üçün əlavə 60 milyon avro ayıracağını bəyan edib
18.11.2025 [03:54]
Almaniya xüsusilə iqlim dəyişmələrindən ən çox təsirlənən ölkələrə uyğunlaşma tədbirlərində kömək təmin edən fonda əlavə 60 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın ətraf mühit naziri Karsten Şnayder Braziliyada keçirilən COP30-da məlumat verib. “Cəmiyyətlər yeni iqlim şəraitinə uyğunlaşa bilmədikdə aclıq, yoxsulluq təhlükəsi yaranır və insanlar yaşadıqları yerləri tərk etməyə məcbur olurlar. Uğurlu uyğunlaşma üçün bir çox ölkələr beynəlxalq əməkdaşlığa ehtiyac duyur. Bu mövzuda Almaniyaya uzun illər ərzində etibar olunur. Ümid edirəm ki, Uyğunlaşma Fonduna verdiyimiz töhfə ilə biz etimad yarada və Belemdə birgə həllər üçün stimul verə bilərik”, - deyə nazir qeyd edib.
Beynəlxalq Uyğunlaşma Fondu iqlim dəyişikliyindən ən çox təsirlənmiş icmalara konkret və innovativ uyğunlaşma tədbirlərində dəstək verir. Fond təsis edildiyi 2007-ci ildən indiyədək 2 milyard ABŞ dolları məbləğində ianə toplayıb. Bu müddətdə fonda 610 milyon avro ianə edən Almaniya onun ən böyük donorudur. Fond indiyədək 108 ölkədə 200 layihəyə ümumilikdə 1,4 milyard dollar xərcləyib ki, bu da ən həssas icmalarda yaşayan 50 milyondan çox insana təsir edib.
Qeyd edək ki, Kansler Fridrix Merts COP30-un liderlər sammitində Almaniyanın tropik meşələrin qorunması fondu ilə bağlı təşəbbüsü dəstəklədiyini və bu layihənin uğurlu olması üçün əhəmiyyətli vəsait ayıracağını bəyan edib.
Xatırladaq ki, ötən il Bakıda keçirilən COP29 iqlim konfransında inkişaf etməkdə olan ölkələrin 2035-ci ilədək iqlim dəyişikliyi ilə mübarizə və ona uyğunlaşma tədbirləri üçün hər il 300 milyard dollar toplanmasına dair qərar qəbul edilib. Almaniya COP29-da da 60 milyon avro məbləğində ödəniş edəcəyini açıqlamışdı.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

