Səmərqənddə qlobal ekoloji problemlər müzakirə olunur
24.11.2025 [16:11]
Səmərqənd Beynəlxalq Turizm Mərkəzində nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiyanın Tərəflərinin Konfransının (CITES CoP20) 20-ci sessiyasının açılış mərasimi keçirilib.
AZƏRTAC rəsmi “UzA” agentliyinə istinadla xəbər verir ki, Özbəkistan 1997-ci ildən CITES-in üzvüdür və Konvensiyanın əlavələrində sadalanan bir neçə növə, o cümlədən qar bəbirinə, sayqa antilopuna və nadir dərman bitkilərinə malikdir. Buna görə də CITES CoP20 konfransının Səmərqənddə keçirilməsi təsadüfi deyil. Sessiyada və onun tədbirlərində iştirak etmək üçün 185 ölkədən təxminən 3000 iştirakçı Özbəkistanın qədim şəhərinə axın edib.
CITES CoP20 konfransının açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin müşaviri və Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Əziz Abduhakimov və CITES-in baş katibi İvonn İqera beynəlxalq forum və onun gözlənilən nəticələri barədə çıxış ediblər.
Abduhakimov bildirib ki, 2025-ci ilin Özbəkistanda “Ətraf Mühitin Mühafizəsi və Yaşıl İqtisadiyyat İli” elan edilməsi Yeni Özbəkistanın strateji məqsədinin aydın ifadəsi, ətraf mühitin davamlılığının təmin edilməsi və resurslara qənaət edən iqtisadi artıma əsaslanan yaşıl inkişaf modelinə keçid iradəsinin təzahürüdür.
“Bioloji irs”, “Yaşıl məkan”, “Ekomədəniyyət”, “Təmiz hava” və “Tullantısız zona” milli layihələrinin həyata keçirilməsi Özbəkistan Ekologiya Komitəsi üçün prioritetə çevrilib. Son illərdə Özbəkistanda həyata keçirilən ekoloji islahatlar nəticəsində 14 yeni xüsusi mühafizə olunan təbiət ərazisi yaradılıb və onların sahəsi 4%-dən 14,2%-ə və ya 6,3 milyon hektara çatdırılıb. Yüz səkkiz növ vəhşi heyvan və bitki CITES siyahılarına daxil edilib və mühafizə altına alınıb. Qırmızı Kitaba daxil edilmiş vəhşi təbiət nümunələrinə dəyən ziyana görə kompensasiya on dəfə, bitkilərə dəyən ziyana görə təzminat beş dəfə, qanunsuz ağac kəsilməsinə görə cərimələr beş dəfə artırılıb”, - deyə Prezidentin müşaviri qeyd edib.
CITES 1973-cü ildə qəbul edilmiş və 1975-ci ildə qüvvəyə minmiş, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin beynəlxalq ticarətini tənzimləmək və nəzarət etmək üçün yaradılmış beynəlxalq mexanizmdir. Onun əsas məqsədi təbii sərvətlərin istismarını məhdudlaşdırmaqla növlərin məhv olmasının qarşısını almaqdır. Konvensiya, həmçinin nəsli kəsilməkdə olan növlərlə ticarətin məhdudlaşdırılmasını və ya tamamilə qadağan edilməsini, ticarətin təbii populyasiyalara zərər verməyən səviyyəyə qədər nəzarət edilməsini və üzv dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39

