Makronun 2026-cı ildə gənclərə təklifi: Yeni könüllü hərbi xidmət
27.11.2025 [22:30]
Fransa Prezidenti Emmanuel Makron noyabrın 27-də Varces yaxınlığındakı 27-ci dağ piyada briqadasında (BIM) çıxışı zamanı ölkədə 2026-cı ilin yayından etibarən 18–19 yaşlı gənclərə təklif ediləcək könüllü yeni milli xidmət planının detallarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, E. Makron yeni xidmətin 10 ay davam edəcəyini bildirib. İlk mərhələdə - 2026-cı ilin yayında təxminən 2000–3000 gənci əhatə edəcək bu xidmətin məqsədi sonrakı illərdə hər il orduya 50 min könüllünün cəlb olunmasıdır.
Makron bildirib ki, bu təşəbbüs həm Fransa ordusunun ehtiyaclarına cavab vermək, həm də gənclərin vətənə xidmət etmək istəyini yaşatmaq üçündür. “Gəncliyimiz xidmətə susayıb və vətən üçün ayağa qalxmağa hazırdır”, - deyə o bildirib.
Yeni sistem Rusiyanın artan təhdidləri fonunda Avropada təhlükəsizlik mühitinin kəskinləşməsi ilə bağlıdır. Hökumət və hərbi rəhbərlik Rusiya ilə mümkün qarşıdurma üçün hazırlıqlara diqqət çəkir və bu yeni xidmətin ordunun ehtiyat qüvvələri bazasını gücləndirməyə yardım edəcəyini bildirir.
Bu yeni könüllü hərbi xidmət Fransada uzun illər sonra ordu və gənclər arasında bağlılığı bərpa etməyə yönəlib. İlk mərhələdə miqyas kiçik olsa da, planın hədəfi 2035-ci ilədək illik 50 min könüllü cəlb etməkdir. Bu addım həm müdafiə qabiliyyətinin möhkəmlənməsi, həm də vətənpərvərlik ruhunun yenidən canlandırılması baxımından strateji əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

