Avropa Kosmik Agentliyi müdafiə sahəsində daha böyük rol oynayacaq
28.11.2025 [21:26]
Avropa Kosmik Agentliyi (ESA) təhlükəsizlik və müdafiə sahəsində daha fəal rol oynamağa hazırlaşır. Təşkilatın 23 üzvü bu həftə rekord 22,1 milyard avroluq üçillik büdcəni təsdiqləyib və agentliyin mandatını genişləndirərək müdafiə istiqamətini də rəsmi şəkildə daxil edib.
AZƏRTAC xəbər verir ki, bu, indiyədək yalnız kosmosun dinc məqsədlərlə istifadəsinə fokuslanan ESA üçün tarixi dəyişiklik kimi qiymətləndirilir.
Qəbul edilən qətnamədə qeyd olunur ki, agentliyin hökumətlərarası çərçivəsi təhlükəsizlik və müdafiə məqsədləri üçün zəruri olan kosmik texnologiyaların hazırlanmasına imkan yaradır. Ukraynada müharibə kosmik imkanların kəşfiyyat və təhlükəsiz rabitə baxımından nə qədər vacib olduğunu bir daha nümayiş etdirib. Bununla yanaşı, Avropa ABŞ şirkətlərindən, xüsusən də Elon Maskın “SpaceX”dən asılılığı azaltmağa çalışır.
Yeni yanaşmaya uyğun olaraq ESA-nın ikitərəfli təyinatlı “European Resilience from Space” Yer müşahidə proqramı həm mülki, həm də hərbi məqsədlərə xidmət edə bilər. Baş direktor Yozef Aşbaxerin sözlərinə görə, Polşa agentliyin müdafiə sahəsində rolunun artırılmasında əsas təşəbbüskar olub və hazırda təhlükəsizlik üzrə ixtisaslaşacaq yeni ESA mərkəzinin məhz bu ölkədə qurulması müzakirə edilir.
Yeni büdcədə planetin müşahidəsinə 3,4 milyard avro, təhlükəsiz rabitəyə 2,1 milyard avro, Avropa raketlərinin inkişafına isə 900 milyon avro ayrılıb. Ən böyük maliyyə töhfəsini Almaniya (5 milyard avro), daha sonra isə Fransa və İtaliya verir.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

