Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tailandla sərhəd münaqişəsi səbəbindən 50 mindən çox kambocalı evlərini tərk edib

Tailandla sərhəd münaqişəsi səbəbindən 50 mindən çox kambocalı evlərini tərk edib

09.12.2025 [22:56]

Tailandla sərhəd münaqişəsi səbəbindən 50 mindən çox kambocalı evlərini tərk etmək məcburiyyətində qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kambocanın İnformasiya Nazirliyinin məlumatında deyilir. “Tailandın Kambocaya hücumları səbəbindən dörd vilayətin sakinləri təhlükəsiz ərazilərə köçürülüblər. Köçkünlərin ümumi sayı 54 min 550 nəfərdir”, - deyə nazirliyin saytında yerləşdirilən bəyanatda bildirilir. Məlumata görə, dekabrın 9-da Tailand Silahlı Qüvvələri ölkənin qərbindəki Pousat əyalətində mülki əhalinin yaşadığı əraziləri artilleriya atəşinə tutub. Həmçinin Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Hava hücumları nəticəsində yaşayış binalarına və infrastruktur obyektlərinə ciddi zərər dəyib.

Kamboca Müdafiə Nazirliyinin son məlumatına görə, sərhəd toqquşmaları nəticəsində azı yeddi mülki şəxs həlak olub, 20-yə yaxın insan isə ağır yaralanıb.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31