Keçmiş fransız deputat Fransua Pupponi dövlət vəsaitlərinin mənimsənilməsinə görə məhkum edilib
10.12.2025 [14:19]
Keçmiş deputat, Sosialist Partiyasının (PS) üzvü Fransua Pupponi Paris Cinayət Məhkəməsi tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsi maddəsi ilə məhkum edilib. Məhkəmə qərarı Pupponinin öz günahını etiraf etməsi əsasında – Fransa hüququnda saxlanılan ittiham üzrə təqsirin əvvəlcədən tanınması proseduru çərçivəsində verilib.
AZƏRTAC xəbər verir ki, bu iş Fransa siyasi sistemində parlament nəzarətinin, şəffaflıq mexanizmlərinin və deputat imtiyazlarının istifadəsi üzrə aparılan ən diqqətçəkən araşdırmalardan biri kimi qiymətləndirilir. Vaxtilə erməni separtçılarının ən fəal müdafiəçisi kimi tanınan F. Pupponinin dövlət vəsaitlərini mənimsəməsi - 122 min avroluq uyğunsuz xərclər üzrə istintaq üzə çıxıb.
İctimai Həyatda Şəffaflıq üzrə Ali Səlahiyyətli orqan (Haute Autorité pour la transparence de la vie publique-HATVP) tərəfindən 2020-ci ildə daxil olmuş siqnal Pupponinin deputatlara ayrılan mandat xərcləri üçün təmsilolunma müavinəti (IRFM) vəsaitindən şəxsi məqsədlərlə istifadə etdiyi şübhəsini gündəmə gətirmişdi.
İstintaqın nəticələri göstərib ki, 2015–2018-ci illərdə Pupponi aşağıdakı qadağan olunmuş və qeyri-qanuni ödənişləri edib:
42 min avro – Korsikada şəxsi səfərlərə aid xərclər, 21 min avro – bir neçə avtomobilin icarəsi, 18 min avro – restoran ödənişləri, 7000 avro – televiziya abunələri və 2500 avro – Sosialist Partiyasına üzvlük haqları.
Milli Maliyyə Prokurorluğunun (PNF) nümayəndəsi Hedi Kzilalinin sözlərinə görə, bu məbləğlər deputatlar arasında aşkarlanmış ən böyük qayda pozuntularından biridir.
2015-ci ildə Fransa Milli Assambleyasının rəhbərliyi IRFM-in istifadəsinə sərt məhdudiyyətlər bildirərək, bütün deputatlara rəsmi xəbərdarlıq göndərmişdi.
Prokurorun sözlərinə görə, Fransua Pupponi qayda dəyişikliklərini nəzərə almayıb və şəxsi ehtiyacları üçün büdcədən istifadə etməyə davam edib.
Məhkəmədə Pupponini müdafiə edən vəkil cəzanın simvolik deyil, ağır olduğunu vurğulasa da, keçmiş deputat mətbuata heç bir açıqlama verməyib.
Pupponi 20 ildən artıq PS-də təmsil olunduqdan sonra 2018-ci ildə partiyanı tərk edərək, əvvəlcə “Libertés et Territoires”, daha sonra isə MoDem qrupuna qoşulmuşdu. 2022-ci ildə seçkilərdə məğlub olaraq, parlamentdən kənarda qalıb. Lakin bu iş təkcə bir siyasətçinin şəxsi məsuliyyətsizliyinin nəticəsi deyil, daha geniş sistem böhranına işarədir.
PNF 2023-cü ildə parlament üzvlərinin dövlət vəsaitlərindən sui-istifadəsi ilə bağlı 20-yə yaxın siqnala baxıldığını açıqlamışdı. Onların bir qismi xitam edilsə də, bir neçə iş artıq məhkəmə hökmü ilə nəticələnib.
Bu, Fransa siyasi sistemində hesabatlılıq və parlament etikası ilə bağlı uzun müddətdir müzakirə olunan böhranın daha da dərinləşdiyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

