Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib

13.12.2025 [23:20]

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verirdilər.

Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb, lakin istintaqın aparıldığını bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım edərək qeyd edib: “Bu hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib”. Pentaqon rəhbəri əlavə edib ki, dünyanın istənilən yerində amerikalılara hücum edənlər bilməlidirlər: “ABŞ sizi təqib edəcək, tapacaq və amansızcasına məhv edəcək”.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31