İsveçdə qış günlərinin sayı azalır
22.12.2025 [09:18]
Son bir neçə onillik ərzində İsveçdə qışın bir neçə həftəsi yoxa çıxıb. İsveçin cənub bölgələrində qışın, ümumiyyətlə, baş verməməsi artıq yeni norma kimi qəbul olunur.
AZƏRTAC xəbər verir ki, İsveç Meteorologiya və Hidrologiya İnstitutunun (SMHI) məlumatları dəyişikliklərin sistemli və sürətlənən xarakter daşıdığını göstərir.
Bu ilin dekabr ayı da mövcud tendensiyanın növbəti təsdiqi olub. Ayın birinci yarısında ölkənin əksər regionlarında havanın temperaturu iqlim normasından 7-8 dərəcə yüksək olub.
Qışların tədricən yoxa çıxması təkcə mövsümi idman növlərinə və “ağ Milad” ümidlərinə zərbə vurmur, eyni zamanda, cəmiyyətin bir çox sahəsində gözlənilməz problemlər yaradır. Paralel olaraq göllərdə buz örtüyünün formalaşması kəskin şəkildə azalıb. 2019/2020-ci illər mövsümündə İsveçin cənubunda müşahidələrin bütün tarixi ərzində ilk dəfə olaraq heç bir buzlaşma halı qeydə alınmayıb. Bu, yalnız qış istirahətinə deyil, həm də göl ekosistemlərinə təsir göstərir, belə ki, suyun keyfiyyəti pisləşir, yosunların artımı güclənir, içməli su təminatı üçün risklər artır.
İqtisadi nəticələr isə ziddiyyətlidir: bir tərəfdən isitmə məqsədilə elektrik enerjisinə tələbat azalır, digər tərəfdən dağ-xizək sənayesi ciddi itkilərlə üzləşir. Proqnozlara görə, kurortlarda qar örtüyünün həcmi 25-40 faiz azalacaq, qış mövsümü isə daha qısa və qeyri-sabit olacaq.
Ölkənin demək olar ki, bütün ərazisində qar örtüyü azalır. İsveçin cənub və mərkəzi hissələrində qarlı günlərin sayı təxminən bir ay azalıb. Şimal bölgələrində qar daha uzun müddət qalsa da, temperaturun sıfır dərəcə ətrafında tez-tez dəyişməsi təhlükəli buzlaşmaya, qeyri-sabit buz örtüyünə və qar uçqunu riskinin artmasına səbəb olur.
Daha bir ciddi problem torpağın donmamasıdır. Daha mülayim və rütubətli qışlar torpaq qatının dayanıqlığını zəiflədir, qış fırtınaları zamanı meşələrə, avtomobil və dəmir yollarına, həmçinin elektrik ötürücü xətlərə ziyan dəyməsi riskini artırır. Meşə təsərrüfatı yeni çağırışlarla üzləşir: yumşaq torpaqda ağır texnikanın istifadəsi daha böyük ziyan vurur, xüsusilə ekstremal yay leysanları ilə birgə eroziya və sürüşmə ehtimalını gücləndirir.
İqlimşünaslar mədəni dəyişiklikləri də qeyd edirlər. Ölkənin cənubunun bir sıra regionlarında meteoroloji qış artıq, ümumiyyətlə, başlamır, payız mövsümü isə fevralın ortalarınadək davam edir. Bu hal yeni bir anlayışın - “qışsız dövr”ün formalaşmasına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

