Şimali Avropa ölkələri fırtınanın fəsadlarını aradan qaldırmaqda davam edir
30.12.2025 [15:27]
Son günlər Şimali Avropa ölkələrində müşahidə olunan güclü “Yohannes” fırtınası genişmiqyaslı dağıntılara və enerji təchizatında ciddi fasilələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Şimali Norveçdə əlverişsiz hava şəraitindən sonra yüzlərlə ziyanla bağlı müraciət qeydə alınıb. Bələdiyyələrdən birində məktəbin pəncərələri demək olar ki, tamamilə sınıb, yaşayış evləri, avtomobillər və ictimai binalar ziyan görüb. Fırtına, həmçinin aviasiya, bərə və avtomobil nəqliyyatının işində ciddi pozuntular yaradıb.
İsveçdə fırtına zəifləsə də, onun elektrik enerjisi təchizatına mənfi təsiri davam edir. Fırtına başlamasından bir sutka keçməsinə baxmayaraq, xüsusilə də ölkənin mərkəzi və şimal bölgələrində 15 mindən çox ev təsərrüfatı hələ də işıqsız qalıb. Enerji şirkətləri bərpa işlərinin çoxlu sayda aşmış ağaclar səbəbindən çətinləşdiyini bildirir və bəzi istehlakçıların bir neçə gün də elektrik enerjisiz qala biləcəyi barədə xəbərdarlıq edirlər. Fırtına zamanı üç nəfər həyatını itirib.
Finlandiyada da vəziyyət ağır olaraq qalır. Fırtınadan sonra 152 bələdiyyədə 26 mindən çox istehlakçı hələ də elektrik enerjisi ilə təmin olunmayıb. Enerji şirkətləri təmir-bərpa işlərinin bir neçə sutka çəkə biləcəyini bildirirlər. Bundan əlavə, təbii fəlakət dəmir yolu və hava nəqliyyatının fəaliyyətində də fasilələr yaradıb.
Zərər çəkmiş bütün ölkələrdə hakimiyyət orqanları və fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

