Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb

02.01.2026 [13:41]

Gürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.

Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.

Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.

Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30