Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada ilin ilk hərracında mavi tuna balığı 3,2 milyon dollara satılıb

Yaponiyada ilin ilk hərracında mavi tuna balığı 3,2 milyon dollara satılıb

05.01.2026 [22:51]

Tokionun “Toyoşu” balıq bazarında ilin ilk hərracında 243 kiloqramlıq mavi tuna balığı 510 milyon yenə ( təxminən 3,2 milyon dollar) satılıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, hərracda Yaponiyanın ətrafından və dünyanın müxtəlif bölgələrindən tuna balığı satışa çıxarılıb.

Ən yüksək məbləği Aomori prefekturasının Oma limanından gətirilən mavi tuna balığı üçün müəyyən edilib. Suşi restoranlar şəbəkəsi “Kiyomura” ən yüksək məbləği təklif edərək, həmin balığı alıb. Bu, 1999-cu ildən auksionda ən yüksək qiymətə satılan tuna balığıdır.

Qeyd edək ki, Tokioda ilin ilk balıq hərracında iştirak etmək restoran sahəsinin nümayəndələri üçün prestij, əsas lotun alınması isə böyük uğur hesab olunur.

Bundan əlavə, bu addım ən bahalı və təzə balığı təklif edən restoranların qarşısında böyük növbələrin yaranmasına səbəb olur.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31