Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib

Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib

15.01.2026 [13:54]

ABŞ Prezidenti Donald Trampın adanın Birləşmiş Ştatlara birləşdirilməsi ilə bağlı açıqlamaları fonunda Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib.

AZƏRTAC xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, dünən gecə Danimarka ordusunun iki “Hercules” hərbi nəqliyyat təyyarəsi Qrenlandiyaya enib. Təyyarədə təkcə Danimarka hərbçiləri deyil, Fransa Silahlı Qüvvələrinin nümayəndələri də olublar.

Eyni zamanda, Bundesverin 13 əsgərinin də cümə axşamı adaya çatacağı gözlənilir. Almaniyadan əlavə, Böyük Britaniya, Kanada, Niderland, Norveç və İsveç də öz hərbçilərini Qrenlandiyada yerləşdirəcək. Missiyanı NATO-nun deyil, Kopenhagenin əlaqələndirdiyi bildirilir.

Qeyd edək ki, yanvarın 14-də Prezident Donald Tramp Danimarkanın etirazlarına baxmayaraq, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək öhdəliyinə sadiq qaldığını bildirib.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31