/ / ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır
ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır
20.01.2026 [17:31]
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi Mavrikiyə vermək planını sərt tənqid edib.
AZƏRTAC xəbər verir ki, D. Tramp bu addımı “böyük axmaqlıq” adlandıraraq, mövqeyini “Truth Social” platformasında paylaşdığı açıqlamada ifadə edib.
O bildirib ki, Londonun Çaqos adalarının bir hissəsi olan Dieqo Qarsiya adası üzərində suverenliyi Mavrikiyə verməyi planlaşdırması heç bir əsas olmadan həyata keçirilir. Tramp deyib ki, Dieqo Qarsiya adası ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazidir. Böyük Britaniyanın bu qərarı Çin və Rusiyanın diqqətindən yayınmayıb və bu, zəiflik kimi qəbul olunur: “Şokedicidir ki, bizim parlaq NATO müttəfiqimiz olan Böyük Britaniya Dieqo Qarsiya adasını - ABŞ üçün həyati əhəmiyyətli hərbi bazanın yerləşdiyi ərazini heç bir səbəb olmadan Mavrikiyə verməyi planlaşdırır. Bu, son dərəcə mühüm torpağın verilməsi deməkdir və böyük axmaqlıqdır”.
ABŞ Prezidenti əlavə edib ki, məhz bu kimi milli təhlükəsizlik məsələləri onun Qrenlandiyanın ölkəsi tərəfindən əldə olunması ilə bağlı mövqeyinin səbəblərindən biridir. O, Danimarkanı və Avropadakı müttəfiqlərini doğru addım atmağa çağırıb.
Qeyd edək ki, Tramp administrasiyası əvvəllər bu razılaşmanı dəstəkləyib. ABŞ-ın Dövlət katibi Marko Rubio ötən ilin may ayında Çaqos razılaşmasını tarixi nailiyyət adlandırıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə bildirib ki, suverenliyin Mavrikiyə verilməsindən sonra Böyük Britaniya və ABŞ-ın Dieqo Qarsiyada yerləşən birgə hərbi bazası üçün 99 illik icarə müqaviləsi qüvvədə olacaq və bu, ölkəsinə ildə 101 milyon funt sterlinqə başa gələcək.
Böyük Britaniya hökumətinin sözçüsü isə deyib ki, rəsmi London milli təhlükəsizlik məsələlərində heç vaxt güzəştə getməyəcək. Əvvəlki məhkəmə qərarları Dieqo Qarsiyadakı bazanın gələcək fəaliyyətini risk altında qoyduğuna görə hökumət bu addımı atmağa məcbur olub.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

