İndoneziyadakı bir mağarada dünyanın ən qədim qayaüstü rəsmi tapılıb
22.01.2026 [21:13]
Tədqiqatçılar bildirirlər ki, İndoneziyanın Muna adasındakı bir mağaranın içərisində aşkarlanan insan əlinin çəkilmiş konturu dünyanın ən qədim qaya sənəti nümunəsidir. Onlar qeyd edirlər ki, bu rəsm azı 67.800 il əvvəl yaradılıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, qırmızı rəngli trafaret təsviri zamanla solğunlaşıb və mağara divarında çətinliklə görünür, lakin buna baxmayaraq, Afrikada yarandıqdan sonra dünyaya yayılan insanın yaradıcılığının erkən nailiyyətini təcəssüm etdirir. Tədqiqatçılar bildiriblər ki, bu qaya sənətinə görə məsul olan insanlar materik Asiyadan İndoneziya adalarına gələn və daha sonra Avstraliyaya gedən əhalinin bir hissəsi olublar.
Əl trafareti Borneonun şərqindəki böyük Sulavesi adasının cənub-şərq yarımadasında yerləşən Muna adasında Liang Metanduno adlı əhəng daşı mağarasında aşkar edilib. Tədqiqatçılar piqmentin üzərində tədricən əmələ gələn mineral təbəqələrində az miqdarda uran elementini təhlil edərək, təsvirin minimum yaşını müəyyən ediblər. Onlar bildiriblər ki, təsvir və aşkar edilən digər oxşar qayaüstü rəsmlər qaya divarına qoyulmuş əlin üzərinə piqment üfürməklə hazırlanıb.
“Burada təsvir edilən ən qədim əl trafareti fərqlidir, çünki o, yalnız Sulavesidə tapılan bir üsluba aiddir. Barmaqların ucları diqqətlə yeni formaya salınıb ki, onlar sivri görünsün”, - deyə Avstraliyadakı Qriffit Universitetinin arxeologiya elmləri üzrə mütəxəssisi və çərşənbə günü “Nature” jurnalında dərc olunmuş tədqiqata rəhbərlik edən Maksim Ober bildirib.
Əl trafareti Sulavesinin cənub-qərbindəki Leanq Karampuanq ərazisindəki üç insanabənzər fiquru təsvir edən mağara rəsmindən daha qədimdir. O, həmçinin İspaniyanın Maltravieso şəhərindəki təxminən 64.000 il əvvələ aid edilən və Neandertallara məxsus əl trafareti şəklindəki qayaüstü rəsmindən daha qədimdir.
Yeni təsvir edilən şəkil çətinliklə seçilsə də, tədqiqatçılar ərazinin başqa yerlərində daha yaxşı formada olan demək olar ki, eyni şəkillər tapıblar. Sulavesidəki əvvəlki tədqiqatlarda, həmçinin azı 48.000 il əvvələ aid heyvan xüsusiyyətlərinə malik insan fiqurlarının rəsmləri sənədləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

