Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya FTB-yə bərabər qurum yaradacaq

Britaniya FTB-yə bərabər qurum yaradacaq

25.01.2026 [15:20]

Britaniya hökuməti terrorizm, mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıqla mübarizə aparacaq yeni qurum — Milli Polis Xidmətinin yaradılmasını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud yeni qurumu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) analoqu kimi xarakterizə edib.

Nazirin sözlərinə görə, Milli Polis Xidməti ağır cinayətlərin araşdırılması üzrə əsas səlahiyyətləri öz üzərinə götürəcək və bu məqsədlə ən müasir texnologiyalardan istifadə olunacaq. Yeni qurumun yaradılması yerli polis orqanlarının yükünü azaltmağa imkan verəcək.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30