Yanvarda qlobal ərzaq qiymətləri dəyişib
07.02.2026 [18:33]
Yanvar ayında qlobal ərzaq qiymətləri indeksi azalıb. Artıq ardıcıl beşinci aydır ki, göstərici aşağı düşür. Enmə əsasən süd məhsulları, şəkər və ət üzrə kotirovkaların ucuzlaşması hesabına baş verib. Orta göstərici dekabr səviyyəsindən 0,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz aşağı olub. Bununla yanaşı ayrı-ayrı kateqoriyalar üzrə dinamika isə fərqli istiqamətlərdə formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumatlar göstərir.
Buğda və qarğıdalı üzrə dünya qiymətlərində cüzi azalma qeydə alınmasına baxmayaraq, FAO-nun taxıl indeksi 0,2 faiz artıb. Buğda ehtiyatlarının böyük həcmdə olması Rusiya və ABŞ-da payızlıq əkinlər üçün hava risklərinin təsirini kompensasiya edib. Düyü üzrə qiymət indeksi 1,8 faiz yüksəlib.
Bitki yağlarının qiymət indeksi 2,1 faiz artıb. Cənub-Şərqi Asiyada istehsalın mövsümi azalması və davamlı idxal tələbi fonunda palma yağının qlobal qiymətləri yüksəlib. Cənubi Amerikadan ixracın azalması və ABŞ-da bioyanacağa yüksək tələbat soya yağının bahalaşmasına səbəb olub.
Qara dəniz regionunda təklifin məhdudlaşması fonunda günəbaxan yağı da bahalaşıb. Eyni zamanda Avropa İttifaqına yüksək idxal həcmi səbəbindən raps yağının qiyməti düşüb.
Ət qiymətləri indeksi 0,4 faiz aşağı düşüb. Qlobal bazarda bolluq və zəif tələbat səbəbindən donuz əti ucuzlaşıb. Quş ətinin qiymətləri isə artıb. Buna əsas səbəb Braziliyada məhsulun bahalaşması və yüksək ixrac tələbatıdır.
Mal və qoyun əti üzrə qiymətlər indeksi sabit qalıb. Braziliyadan Çinə tədarükün artması ABŞ tərəfindən rüsumsuz kvotanın sürətlə doldurulmasını kompensasiya edib.
Süd məhsulları üzrə qiymətlər indeksi 5 faiz enib. Təklifin kifayət qədər olması nəticəsində pendir və kərə yağı ucuzlaşıb. Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi regionlarından tələbatın bərpası fonunda yağsız quru südün qiymətləri artıb.
Şəkər qiymətləri indeksi 1 faiz azalıb. FAO bunu cari mövsümdə qlobal təklifin artacağı ilə bağlı gözləntilərlə əlaqələndirir. Buna Hindistanda istehsalın bərpası, Tailand üçün əlverişli proqnozlar və Braziliyada müsbət dinamika təsir göstərib.
FAO qlobal taxıl istehsalı ilə bağlı yenilənmiş proqnozunu da açıqlayıb. Ümumi həcmin 3,023 milyard tona çatacağı bildirilir ki, bu da rekord göstəricidir.
Artımla bağlı proqnozun yenidən nəzərdən keçirilməsi Kanada və Avropa İttifaqında buğda məhsulunun gözləniləndən yüksək olması, həmçinin Çin və ABŞ-da qarğıdalı əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması ilə bağlıdır. Düyü istehsalı da yüksələcək. Bu, əsasən Hindistan, Banqladeş, Braziliya, Çin və İndoneziyanın hesabına təmin olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

