Yaxın Şərq: Humanitar ehtiyacların artması və qlobal iqtisadiyyata təzyiq
24.03.2026 [14:32]
Yaxın Şərqdə müharibə artıq dördüncü həftədir davam edir. Region ölkələrində humanitar böhran beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. Eyni zamanda, Fars körfəzi bölgəsində gəmiçiliyə və neft-qaz infrastrukturuna hücumlar fonunda enerji böhranı dərinləşir.
AZƏRTAC xəbər verir ki, bazar ertəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindən (AEBA) bildirilib ki, baş direktor Rafael Qrossi İranın cənubundakı Buşehr atom elektrik stansiyasında istifadə olunan texnologiyaların sahibi olan “Rosatom”un rəhbərliyi ilə telefon danışığı aparıb. Qrossi Rusiya dövlət korporasiyasının rəhbərindən yenilənmiş məlumat alıb.
AEBA-nın məlumatına görə, martın 18-də endirilən zərbə nəticəsində Buşehr AES-dən təxminən 350 metr məsafədə yerləşən obyekt dağıdılıb, lakin reaktor zərər görməyib.
Agentliyin rəhbəri xatırladıb ki, nüvə təhlükəsizliyinin əsas prinsiplərinə uyğun olaraq hərbi əməliyyatlar atom obyektlərinin bütövlüyünü və onların əməkdaşlarının təhlükəsizliyini təhlükə altına qoymamalıdır.
BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri Xorxe Moreyra da Silva xəbərdarlıq edib ki, münaqişənin eskalasiyası qlobal təchizat zəncirlərini ciddi şəkildə pozur və əsas malların qiymətlərinin artmasına səbəb olur. Onun sözlərinə görə, münaqişənin nəticələri artıq regiondan kənarda da hiss olunur, belə ki, neft, yanacaq və qazın bahalaşması dünya iqtisadiyyatına təzyiq göstərir. Hava məkanının, dəniz marşrutlarının və əsas keçidlərin bağlanması dərmanlar da daxil olmaqla həyati vacib yüklərin çatdırılmasını çətinləşdirir.
Xüsusilə də dünya enerji ticarətinin əsas marşrutlarından biri olan Hörmüz boğazında ticarət gəmilərinə hücumlar ciddi narahatlıq doğurur. Bu, qiymətlərin daha da artmasına və tədarükdə gecikmələrə səbəb ola bilər. İnkişaf etməkdə olan ölkələr, xüsusilə Afrika və Asiyada, bundan daha çox zərər görə bilər, belə ki, enerji və gübrə bazarlarında pozuntular onların ərzaq təhlükəsizliyini təhdid edir.
“Hərbi həll yolu yoxdur”, – deyə Xorxe Moreyra da Silva vurğulayıb və diplomatik səylərin gücləndirilməsinə çağırıb.
UNESCO-nun məlumatına görə, fevralın 28-dən bəri davam edən döyüşlər nəticəsində İran, İsrail və Livanda mədəni irs obyektləri zərər görüb. İranda, xüsusilə, Gülüstan sarayı, Çehel-Sotun sarayı və Məsced-e Came məscidi, həmçinin Xorrəmabad vadisində tarixi abidələrin yaxınlığındakı tikililər zədələnib. İsraildə Tel-Əvivin Ağ şəhərində, Livanda isə qədim Sur şəhərində zədələnmə qeydə alınıb.
UNESCO regionda digər obyektlərin də təhlükə altında olduğunu xəbərdar edir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

