Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ağ Ev Latın Amerikasında cinayətkar dəstələrə qarşı zərbələri davam etdirəcəyinə söz verib

Ağ Ev Latın Amerikasında cinayətkar dəstələrə qarşı zərbələri davam etdirəcəyinə söz verib

21.06.2026 [18:25]

Ağ Ev administrasiyası Latın Amerikasında fəaliyyət göstərən cinayətkar qruplaşmalara qarşı zərbələri davam etdirmək niyyətindədir. Bunu Venesuelanın “Tren de Araqua” qruplaşmasının liderinin zərərsizləşdirilməsi fonunda Ağ Evin nümayəndəsi Oliviya Ueyls bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazır.

“Birləşmiş Ştatlar amerikalılara qarşı hücumlar planlaşdırmaq niyyəti və imkanı olan istənilən qruplaşmanı bundan sonra da müəyyən edib zərərsizləşdirəcək. İstər milyonlarla amerikalını zəhərləyən ölümcül kartellər olsun, istərsə də cihadçılar”, – deyə məlumatda bildirilir.

Ötən həftə ABŞ Prezidenti bəyan edib ki, ABŞ Silahlı Qüvvələri Venesuela hakimiyyəti ilə birgə “Tren de Araqua” qruplaşmasının başçısı Nino Gerreroya qarşı əməliyyat keçirib və onu uğurla zərərsizləşdirib.

“Tren de Araqua” 2014-cü ildə Venesuelanın Araqua ştatında yaradılıb və ölkənin ən iri cinayətkar qruplaşmalarından biri hesab olunur. Təşkilatın üzvləri qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu yolu ilə pul tələb etmə və insan oğurluğu ilə məşğul olurlar. “Transparencia Venezuela” təşkilatı tərəfindən aparılmış araşdırmaya əsasən, 2025-ci ildə qruplaşmanın üzvlərinin sayı digər Latın Amerikası ölkələrindəki silahlı cinayətkarlar və tərəfdarları da daxil olmaqla, bir neçə min nəfər olub.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30