Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pekin xarici ölkələrin Çinin qabaqcıl süni intellekt modellərinə çıxışını məhdudlaşdırmaq niyyətindədir

Pekin xarici ölkələrin Çinin qabaqcıl süni intellekt modellərinə çıxışını məhdudlaşdırmaq niyyətindədir

08.07.2026 [17:43]

Son bir ay ərzində Çin hakimiyyəti aparıcı texnologiya şirkətləri ilə görüşlər keçirərək Çinin ən qabaqcıl süni intellekt modellərinə, o cümlədən hələ təqdim edilməmiş modellərə xarici ölkələrin çıxışının mümkün məhdudlaşdırılması məsələsini müzakirə edib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu addım Pekinin süni intellekt texnologiyalarını mühüm milli aktiv kimi qiymətləndirdiyini və onların qorunmasına xüsusi önəm verdiyini göstərir. Müzakirələrdə “Alibaba”, “ByteDance” və “Z.ai” şirkətləri iştirak ediblər.

Ötən il “DeepSeek”in R1 modelinin təqdimatından sonra Çin süni intellekt modelləri aşağı qiyməti və artan imkanları sayəsində qlobal bazarda geniş yayılıb. Mənbələrin bildirdiyinə görə, mümkün məhdudiyyətlər yalnız gələcək modellərə şamil oluna bilər. Onların nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil.

“Alibaba”nın “Qwen” və “ByteDance”ın “Doubao” modelləri Çində ən çox istifadə olunan süni intellekt modellərindəndir. “Z.ai” şirkətinin GLM-5.2 modeli isə ABŞ-nin aparıcı analoji modellərinə yaxın imkanlar təqdim etsə də, daha aşağı qiymətlə seçilir.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31