Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ və Səudiyyə orduları İraqa cavab zərbələri endirib

ABŞ və Səudiyyə orduları İraqa cavab zərbələri endirib

29.07.2026 [13:54]

İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin (“Həşdi Şabi” qruplaşması) yazılı açıqlamasında bildirilir ki, ABŞ-Səudiyyə Ərəbistanının birgə hücumları Bağdad, Vasit, Diyalə, Bəsrə, Kərkük, Kərbəla vilayətlərində yerləşən hərbi qərargahları hədəf alıb.

AZƏRTAC İraq mediasına istinadla xəbər verir ki, bəyanatda hücumlar nəticəsində bəzi “Həşdi Şabi” mərkəzlərinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya ziyan dəydiyi bildirilir. Əlavə edilib ki, zərərin qiymətləndirilməsi və məlumatların yoxlanılması prosesləri davam edir və ilkin məlumatlara görə, “Həşdi Şabi” nin 20-dən çox üzvü öldürülüb, 32 nəfər yaralanıb.

Qeyd olunub ki, İraqın Baş naziri Əli Zeydi ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən gecə hücumlarından sonra Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

İraqın rəsmi xəbər agentliyi INA-nın məlumatına görə, Milli Təhlükəsizlik Şurasının təcili iclasından sonra ətraflı açıqlama veriləcək.

Bu arada, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib ki, İraq ərazisindən buraxılan və ölkənin şərq bölgəsindəki neft obyektlərini hədəf almağa çalışan çoxsaylı pilotsuz uçuş aparatları (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Analitik

Analitik

Analitik

Dron müharibələri

29 İyul 09:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31