Qonşuluq siyasətində media qarşıdurması: İranın qərəzli addımı
29.07.2026 [10:40]
Azərbaycan mediasına qarşı əsassız ittihamlar...
Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən xarici siyasətini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmağa üstünlük verib. Xüsusilə mürəkkəb geosiyasi şəraitin hökm sürdüyü Cənubi Qafqaz və Yaxın Şərq regionunda rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Bu yanaşma yalnız diplomatik fəaliyyətlə məhdudlaşmır, həm də Azərbaycanın informasiya siyasətində və media məkanında öz əksini tapır. Ölkənin rəsmi mövqeyi ondan ibarətdir ki, qonşu dövlətlərlə münasibətlər qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir. Hətta üçüncü ölkələr arasında yaranan hərbi və siyasi qarşıdurmalar zamanı da Azərbaycan qətiyyətli şəkildə sülhə, dialoqa və diplomatik həll yollarına çağırış edir. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməyəcəyini açıq şəkildə bəyan edib və bunu milli təhlükəsizlik strategiyasının dəyişməz prinsipi kimi qəbul edir. İnformasiya siyasətində də eyni yanaşma müşahidə olunur. Azərbaycan mediası, peşəkar media təmsilçilərimiz beynəlxalq jurnalistika prinsiplərinə sadiq qalaraq hadisələri obyektiv təqdim etməyə, ayrı-ayrı dövlətlərin daxili proseslərinə müdaxilə etməməyə çalışır və buna əməl edir. Buna baxmayaraq, bəzi hallarda Azərbaycanın bu konstruktiv və məsuliyyətli mövqeyi qarşı tərəfdən adekvat münasibətlə qarşılanmır. Son dövrlərdə İran tərəfindən Azərbaycan mediasına qarşı nümayiş etdirilən münasibət də məhz bu kontekstdə ciddi narahatlıq doğurur və media sahəsində qarşılıqlı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradır.
Sülh və balans siyasəti media müstəvisində də qorunur
Vurğulandığı kimi, Azərbaycanın xarici siyasət kursu informasiya siyasətində də aydın şəkildə hiss olunur. Xüsusilə İran-ABŞ arasında gərginliyin artdığı dövrlərdə həm rəsmi Bakı, həm də aparıcı Azərbaycan media qurumları emosional ritorikadan uzaq dayanaraq, gərginliyin diplomatik yollarla aradan qaldırılmasının vacibliyini ön plana çıxarıblar. Xəbərlərin təqdimatında faktlara əsaslanmaq, qarşıdurmanı qızışdıran ifadələrdən çəkinmək və tərəflərin rəsmi mövqelərinə yer vermək Azərbaycan mediasının əsas xətti olub. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, bu obyektiv və ehtiyatlı yanaşma hər zaman qarşı tərəfdən eyni şəkildə qiymətləndirilmir. Bunun son nümunəsi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media qurumlarını, o cümlədən AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsidir. Belə bir qərar təkcə media azadlığı baxımından deyil, həm də iki qonşu dövlət arasında formalaşmış münasibətlərin ruhu baxımından suallar doğurur. Azərbaycan mediasının İrana qarşı hər hansı təxribatçı və ya düşmənçilik xarakterli fəaliyyət göstərmədiyi şəraitdə bu addımın atılması birtərəfli və qərəzli yanaşma kimi qiymətləndirilə bilər. Belə qərarlar qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, informasiya mühitində gərginliyin artmasına xidmət edir.
MEDİA bəyanat yaydı...
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektlərinin, o cümlədən AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi ilə bağlı Bəyanat yayıb. Bəyanatda bildirilir ki, “İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.
Heç şübhəsiz ki, Azərbaycan Respublikası jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir. Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir”.
Bəyanatda həmçinin qeyd olunur ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq”.
Azərbaycan mediasının obyektiv mövqeyi qərəzli ittihamlarla uzlaşmır
Azərbaycan mediası uzun illərdir regionda baş verən prosesləri peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırmağa çalışır. İranla bağlı hadisələrin təqdimatında da əsas meyar rəsmi mənbələrə istinad etmək, müxtəlif mövqelərə yer vermək və ölkənin daxili siyasi proseslərinə müdaxilə xarakteri daşıyan materiallardan yayınmaq olub. İstər siyasi hadisələr, istər təhlükəsizlik məsələləri, istərsə də sosial proseslər barədə yayımlanan materiallarda balans prinsipi qorunmağa çalışılıb. Bu baxımdan, Azərbaycan Dövlət Televiziyasını “düşmən media” kimi təqdim etmək nə peşəkar fəaliyyətlə, nə də faktlarla uzlaşır. Əksinə, Azərbaycan media qurumları İran cəmiyyətində baş verən hadisələri mümkün qədər obyektiv və neytral şəkildə təqdim etməyə üstünlük veriblər. Məhz buna görə də İranın son qərarı Azərbaycanda təəccüb və narazılıqla qarşılanır. Dövlətlərarası münasibətlərdə media sahəsində əməkdaşlıq və qarşılıqlı hörmət mühüm əhəmiyyət daşıdığı halda, birtərəfli ittihamlar bu münasibətlərə xələl gətirir. Xüsusilə qonşu dövlətlər arasında informasiya mübadiləsinin qarşılıqlı etimad əsasında qurulması regional sabitlik baxımından da vacib amildir. Bu səbəbdən Azərbaycan mediasına qarşı irəli sürülən ittihamların hüquqi və faktiki əsaslarının olmaması həmin qərarın siyasi motivli olduğu barədə müzakirələri gücləndirir.
Azərbaycan qanunvericiliyi qarşılıqlılıq prinsipini nəzərdə tutur
Bəyanatda da göstərildiyi kimi, Azərbaycan qanunvericiliyi milli informasiya məkanının və jurnalistlərin hüquqlarının qorunması üçün konkret hüquqi mexanizmlər müəyyən edib. Məhz bu hüquqi baza nəzərə alınaraq aidiyyəti qurum tərəfindən bildirilib ki, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İranın “Səhər” televiziya kanalı, “Mehr” xəbər agentliyi və onların nümayəndələrinin Azərbaycandakı fəaliyyəti qanunsuz hesab olunur. Bu qərar media azadlığının məhdudlaşdırılması deyil, qanunvericilikdə nəzərdə tutulmuş qarşılıqlılıq mexanizminin tətbiqi kimi qiymətləndirilir. Dövlətlər arasında münasibətlərdə hüquqi bərabərlik prinsipi vacib olduğundan, birtərəfli məhdudiyyətlər cavabsız qalmır. Azərbaycanın mövqeyi də məhz beynəlxalq hüququn və milli qanunvericiliyin verdiyi imkanlar çərçivəsində formalaşdırılıb.
“Mehr” və “Səhər”in Azərbaycana münasibətdə qərəzli fəaliyyəti yeni deyil
İranın “Mehr” xəbər agentliyi və “Səhər” televiziya kanalı uzun illərdir Azərbaycanla bağlı materiallarında qərəzli yanaşmaları ilə diqqət çəkirlər. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə bu media qurumlarının hazırladığı bir sıra materiallar Azərbaycanda ciddi narazılıq doğurmuşdu. Həmin dövrdə Ermənistanın mövqeyini əsaslandırmağa çalışan, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan hərbi əməliyyatlarını təhrif edən, erməni mənbələrinin iddialarını kifayət qədər yoxlanılmadan tirajlayan xəbərlər yayımlanırdı. Bəzi materiallarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tanıdığı reallıqlar kölgədə saxlanılır, əvəzində Ermənistanın mövqeyinə geniş yer verilirdi. Bundan başqa, Azərbaycanın daxili ictimai-siyasi prosesləri ilə bağlı hazırlanmış bəzi reportaj və şərhlərdə də qərəzli ifadələrdən istifadə olunması, ölkənin daxili işlərinə münasibət bildirilməsi Azərbaycanda haqlı etirazlara səbəb olmuşdu. Məhz bu ardıcıl yanaşma göstərir ki, son qərarlar təsadüfi deyil, uzun müddətdir müşahidə olunan informasiya siyasətinin davamıdır. Belə şəraitdə Azərbaycanın milli informasiya təhlükəsizliyini qorumaq üçün qanunvericiliyin verdiyi imkanlardan istifadə etməsi təbii və əsaslandırılmış addım kimi qiymətləndirilə bilər.
Milli maraqların və informasiya təhlükəsizliyinin qorunması
Bəli, müasir beynəlxalq münasibətlər sistemində media dövlətlərarası münasibətlərin mühüm komponentlərindən birinə çevrilib. İnformasiya müharibələrinin, dezinformasiyanın və siyasi manipulyasiyaların artdığı bir dövrdə peşəkar jurnalistika prinsiplərinə sadiqlik xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm xarici siyasətində, həm də media mühitində balanslı, obyektiv və məsuliyyətli xətt yürütməyə çalışdığını dəfələrlə nümayiş etdirib. Lakin bu yanaşmanın qarşılıqlı hörmət əsasında davam etməsi üçün bütün tərəflərin eyni məsuliyyəti bölüşməsi vacibdir. Azərbaycan mediasına qarşı əsassız ittihamlar və birtərəfli məhdudiyyətlər konstruktiv dialoqa xidmət etmir. Eyni zamanda, Azərbaycan qanunvericiliyinin qarşılıqlılıq prinsipini nəzərdə tutması dövlətin milli maraqlarını və informasiya təhlükəsizliyini qorumaq baxımından hüquqi əsas yaradır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

