Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurduğunu təsdiqləyib

Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurduğunu təsdiqləyib

11.08.2026 [19:40]

Avqustun 11-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Orenburq vilayətindəki neft emalı zavoduna zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Facebook səhifəsində məlumat yayılıb.

Ukrayna ordusu Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neftayırma zavoduna zərbə endirib.

Bu, Orenburq vilayətindəki ən böyük neftayırma zavodlarından biridir və Rusiyanın yanacaq-enerji sektoruna daxil olan şirkətdir.

Zavod ildə təxminən 6 milyon ton neft emalı gücünə malikdir. Zavodda avtomobil benzini, dizel və aviasiya yanacağı, mazut, bitum, digər neft məhsulları istehsal olunur.

Zərbədən sonra zavodda yanğın baş verdiyi bildirilib. Zərərin miqyası müəyyənləşdirilir.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31