Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Özəl sektor-maliyyə təşkilatları arasında əməkdaşlıq platforması

Özəl sektor-maliyyə təşkilatları arasında əməkdaşlıq platforması

12.09.2026 [10:49]

“Bakı Dayanıqlı Biznes Assambleyası 2026” iqlim fəaliyyəti ilə bağlı tərəfdaşlığı gücləndirir

Bakı Korporativ Dayanıqlılıq Forumunun yekun tədbiri olan “Təsir Dialoqu: Bakı Dayanıqlı Biznes Assambleyası 2026” iqlim fəaliyyəti ilə bağlı özəl sektor-maliyyə təşkilatları arasında əməkdaşlığın artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən Assambleya BMT Qlobal Sazişinin Azərbaycan Şəbəkəsinin tədbirində regionun aparıcı biznes liderlərini, siyasətçiləri, maliyyə institutlarını və beynəlxalq tərəfdaşlar geniş qlobal iqlim gündəliyi yaratmaq barədə təşəbbüslərlə çıxış ediblər. Dialoqda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko və COP31-in İqlim üzrə Yüksəksəviyyəli Çempionunun xüsusi müşaviri Kris Mensah maliyyə institutlarının iqlim fəaliyyətindəki rolunu yüksək dəyərləndiriblər.

Assambleya Azərbaycanın və regionun biznes ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar COP29 Sədrliyinin, BMT Qlobal Sazişinin və onun Azərbaycandakı şəbəkəsinin özəl sektoru dayanıqlı inkişaf və iqlim fəaliyyəti istiqamətində səfərbər etməsini, eləcə də şirkətlərin öhdəliklərdən praktiki əməkdaşlığa və real icraya keçidi üçün platforma yaratmasını yüksək qiymətləndiriblər.

Biznesin maliyyə resurslarına çıxışı üçün fürsətTədbirdə çıxış edən BMT Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov iqlim üzrə öhdəliklərdən praktiki icraya keçidi və Azərbaycanın iqlim və dayanıqlı inkişaf prioritetlərinin həyata keçirilməsində biznesin getdikcə artan roluna diqqət çəkib. Bildirib ki, 3-cü Bakı Dayanıqlı Biznes Assambleyası Azərbaycan və regionun özəl sektorunun iqlim keçidində rolunun gücləndirilməsi istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyır. Hazırda biznes, hökumət üzvləri, maliyyə sektoru və beynəlxalq tərəfdaşların birgə kommunikasiyasının qurulması hədəflənən prioritetlərə çatmağa imkan yaradacaq.Birgə fəaliyyət enerji, bankçılıq və maliyyə, sement və tikinti, telekommunikasiya və nəqliyyat sektorlarında özəl sektorun iştirakı üçün perspektivlər açacaq.

Digər çıxış edən natiqlər bildiriblər ki, iqtisadi-maliyyə qurumları ilə biznes icması arasında yaradılan əlaqələr özəl sektorun inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda “yaşıl investisiya” imkanlarının artırılmasına mühüm töhfə verir. Bu fəaliyyət sahibkarların qeyd edilən sahələrdə maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə də səbəb ola bilər. İqlim fəaliyyəti ilə bağlı Azərbaycanın 2 il əvvəl COP29-da təsis edilməsinə nail olduğu İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) imkanlarının, habelə “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na ayrılan vəsaitlərin həcminin artırılması özəl sektorların “yaşıl” sənaye layihələri üçün ilkin kapital itkisinin kompensasiyasını da təmin edəcək. Eləcə də, regionun beynəlxalq səviyyədə qəbul edilən yaşıl enerji qovşağına və qlobal yaşıl enerji dəhlizlərinə çevrilməsi üçün “Sərhədlərarası bərpaolunan enerji sertifikatları”nın vahid tətbiqi beynəlxalq kapitalın dövlət-özəl tərəfdaşlığı vasitəsilə cəlb edilməsinə imkan verəcək. Nəticədə bu təşəbbüslər iqlim hədəflərinə çatmaqda dayanıqlı maliyyə mexanizmlərinin formalaşmasında mühüm rol oynayacaq.

Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...

Biznes Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasından bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır.

Assambleya üzvləri ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilə imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanların səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə Assambleya platformasımda təmsil olunan maliyyə qurumlarının dəstək verəcəyi ehtimal olunur.

Qeyd edək ki, Assambleyanın yekununda platformanın davam etdirilməsinə biznes ictimaiyyəti tərəfindən böyük marağın olduğu bildirilib. Azərbaycan və regional biznes nümayəndələri Bakı İqlim Fəaliyyəti Həftəsinin 2027-ci ildə də regional platforma kimi keçirilməsi və növbəti tədbir çərçivəsində 4-cü Bakı Dayanıqlı Biznes Assambleyasının təşkil olunması ilə bağlı təkliflər səsləndiriblər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30