Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqoda Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

13.09.2026 [18:25]

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb.

AZƏRTAC bu ölkənin mediasına istinadla xəbər verir ki, Konqo hakimiyyətinin açıqladığı son məlumatlara görə, epidemiyanın başladığı vaxtdan indiyədək 7022 yoluxma və 3398 ölüm halı qeydə alınıb. 1671 nəfər isə xəstəlikdən sağalıb.

Bu, Ebola virusunun ən geniş epidemiyası sayılır. Xəstəlik ilk olaraq ölkənin şimal-şərqindəki İturi əyalətində aşkarlanıb, daha sonra şərq və şimal bölgələrinə yayılıb.

Bu həftənin əvvəlində Ebola virusunun Mərkəzi Afrika Respublikası və Konqo ilə həmsərhəd olan Cənubi Ubangi əyalətinə də yayıldığı təsdiqlənib. Beləliklə, xəstəlik artıq yeddi əyalətdə qeydə alınıb.

İturi əyalətində məktəblərdə də Ebola virusuna yoluxma hallarının aşkarlanması valideynlər və səhiyyə işçiləri arasında narahatlıq yaradıb.

Hazırkı epidemiyanın Bundibuqyo ştammından qaynaqlandığı bildirilir. Bu ştamma qarşı hazırda təsdiqlənmiş vaksin və müalicə vasitəsi yoxdur.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30