Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada liseylərdə etirazlar davam edir

Fransada liseylərdə etirazlar davam edir

02.10.2026 [18:34]

Fransada liseylərdə davam edən etirazlar fonunda hökumət hüquqi tədbirləri sərtləşdirir. Ədliyyə naziri Jerald Darmanən prokurorlardan övladlarının törətdiyi ziyanla bağlı valideynlərin mülki məsuliyyətə cəlb olunmasını və təmir xərclərinin onlardan tələb edilməsini istəyib.

AZƏRTAC xəbər verir ki, o, bu fikirləri oktyabrın 2-də RTL telekanalına açıqlamasında səsləndirib.

Nazirin sözlərinə görə, etirazların başlanmasından indiyədək Fransada təxminən 2 min nəfər polis nəzarətinə götürülüb və onların 90 faizi yetkinlik yaşına çatmayanlardır. RTL-in məlumatına görə, oktyabrın 1-də liseylərin blokadası ilə bağlı ölkə üzrə 1949 nəfər saxlanılıb.

Etirazçıların əsas tələbləri arasında təhsil sisteminə daha çox insan və maliyyə resurslarının ayrılması, müəllim çatışmazlığı, məktəb binalarının vəziyyəti və dərs cədvəllərinin sıxlığı ilə bağlı məsələlər yer alır.

Eyni zamanda, bəzi liseylərdə etirazlar zamanı zorakılıq və dağıntılar qeydə alınıb. Hökumət bu hadisələrə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi və dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlərin görüləcəyini bildirir.

Baş nazirin xidmətləri etirazların təşkilində “Əyilməz Fransa” partiyasının və onunla əlaqələndirilən radikal sol qrupların rolunun olduğunu iddia edib. Partiyanın əlaqələndiricisi Manuel Bompard isə bu ittihamları rədd edərək, hökuməti sui-qəsd nəzəriyyələrinə qapılmaqda günahlandırıb.

Hökumət, həmçinin 2027-ci il büdcə layihəsində nəzərdə tutulan BTS və hazırlıq siniflərinə qeydiyyat haqlarının tətbiqindən geri çəkildiyini açıqlayıb.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31