Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir!
04.06.2009 [09:32]
Türkiyənin Ermənistanla rəsmi əlaqələr qurması yalnız bir halda mümkünləşə bilər. Bunun üçün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğludan sonra qardaş ölkənin müdafiə naziri Vecdi Könül də rəsmi Ankaranın bu dəyişməz mövqeyini növbəti dəfə dünyaya bəyan edib. Məsələnin maraqlı tərəfi bu bəyanatların səsləndirildiyi məkanların xarici diplomatiya baxımından özəl əhəmiyyət kəsb etməsidir. Yəni, Bakı, Dəməşq və Vaşinqtonda səslənən bəyanatlar eyni zamanda bəlli nöqtələrə verilən mesajlar kimi dəyərləndirilməlidir.
Beləliklə, bir müddət öncə Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq istəyən qüvvələr “Türkiyə Ermənistanla sərhədləri açacaq və bu zaman Dağlıq Qarabağ münaqişəsinin həllini ilkin şərt kimi irəli sürməkdən vaz keçəcək” şəklində təxribat xarakterli informasiyaları dövriyyəyə buraxdılar. Bunun ardınca isə Ankara ilə Bakı arasında münasibətlərin soyumasını hədəfləyən bəzi cəhdlər edildi. Lakin yüz illərin sınağından çıxmış Türkiyə-Azərbaycan dostluğu, xalqlarımızın sarsılmaz iradəsi düşmənlərin planlarını heçə endirdi. Və Azərbaycana səfər edən baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra səsləndirdiyi bəyanat düşmənlərə sarsıdıcı zərbə vurdu: “Xüsusilə, Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin, bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyil. Bu günə qədər necə qəbul edilməyibsə, bundan sonra da qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm”.
Bundan öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, qardaş ölkənin baş nazirinin Azərbaycan parlamentindəki çıxışı isə beynəlxalq birliyə ünvanlanmış növbəti tutarlı mesaj rolunu oynadı. Daha doğrusu, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən mümkün olmadığını diqqətə çatdıran Türkiyənin baş naziri Milli Məclisdən dünya dövlətlərinə də müraciət edərək bildirdi ki, Türkiyə heç zaman Azərbaycanın milli maraqlarına xələl gətirəcək addım atmayıb və atmayacaqdır: “Türkiyə Ermənistan ilə sərhədləri Dağlıq Qarabağ tamamilə Ermənistanın işğalı altına düşməsindən sonra bağlamışdır. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz, azərbaycanlı qardaşlarımızın razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı düşünülə bilməz. çünki biz bir millətik, iki dövlətik. Bu anlayışımız bir təməldir. Bu təməldə bir dəyişiklik yoxdur, ola da bilməz”.
Yəni, Türkiyənin baş naziri Azərbaycan paytaxtında səsləndirdiyi bu bəyanatlarla qardaş ölkənin hər zaman bizim yanımızda olduğunu bir daha nümayiş etdirmiş oldu. Bunun ardınca Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 36-cı toplantısındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazda həllini tapmamış çox ciddi problem olduğunu bildirdi: “Təqribən 20 ildir bu problem həllini gözləyir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır”.
Əksər müşahidəçilərin də vurğuladıqları kimi, Dəməşqdə səsləndirilən bu bəyanat Türkiyənin eyni zamanda bir İslam dövləti olaraq Azərbaycanın haqq işini müdafiə etməklə yanaşı, İslam Konfransı Təşkilatının imkanlarını da səfərbər etməyə hazır olduğunun növbəti təsdiqi sayıla bilər. Onu da qeyd edək ki, Dəməşqdən Bakıya gələn Əhməd Davudoğlu eyni mövqeyi Azərbaycan paytaxtında da sərgilədi: “Biz Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxırıq. Türkiyə bölgədə münaqişələrin dondurulmuş vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu beynəlxalq aləmin dəstəyi ilə ciddi işlər görməlidir”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, Türkiyə üçün əsas Azərbaycanın ərazi bütövlüyüdür. Türkiyənin tarixdə olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını qeyd edən Ə.Davudoğlu Ermənistana da mesaj göndərdi: “Ermənistan işğala son qoymalı, bölgəni gərginlikdən azad etməlidir. Azərbaycan əraziləri BMT-nin qətnamələri əsasında işğaldan azad olunmalıdır. Regionu yalnız birgə inkişaf etdirmək mümkündür”.
Nəhayət, Türkiyə rəsmilərinin Azərbaycanı dəstəkləyən və özündə strateji məqamları əks etdirən bəyanatlarından növbətisi okeanın o tayında səsləndirilib. Qardaş ölkə KİV-inin məlumatlarına əsasən, Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin müdafiə naziri Vecdi Könül Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin 2007-ci ildən etibarən normallaşmağa başladığını deyib. Bununla yanaşı müdafiə naziri əlavə edib ki, Ermənıstan Dağlıq Qarabağdan çəkilmədən Ankapa Yerevanla rəsmi əlaqələr qurmağı rədd edir. Vecdi Könülün həmin bəyanatından eyni zamanda Birləşmiş Ştatlara da pay düşüb. Belə ki, müdafiə naziri rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox iş görməsinin lazım olduğunu bildirib.
Bir sözlə, yuxarıda bəhs edilən və təxminən son bir ay ərzində səsləndirilən hər üç bəyanat Türkiyənin Azərbaycanla bağlı siyasətinin dəyişməz olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Bu, eyni zamanda, rəsmi Ankaranın işğalçı Ermənistana yanaşma tərzinin dəyişmədiyi, həmçinin, Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə dəyişməyəcəyi deməkdir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

