Sarkisyan indi də Ermənistanın bank sistemini çökdürür
03.12.2016 [12:20]
Tiqran Crbaşyan: Hazırda Ermənistanda biznes mühitinin alternativ inkişaf konsepsiyasının olmaması bankları belə kritik dönəmə sürükləyib
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşməkdədir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. Ölkənin xarici borclarının 6 milyard ABŞ dollarına çatması hələ azmış kimi, bu günlərdə parlamentdə keçən 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı o da bəlli olub ki, hakimiyyət gələn ildə də ermənilərə heç də xoş günlər vəd etmir. Belə ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 2,6 milyard ABŞ dolları, xərcləri isə 2,9 milyard təşkil edəcək. Bu isə o deməkdir ki, gələn il də büdcə kəsirlə yerinə yetiriləcək. Görünən odur ki, qarşıdan gələn 2017-ci il də Ermənistan üçün xoş heç nə vəd etməyəcək - yenə də ümidini günəmuzd qazanca bağlayan ac-yalavac xalq, artan işsizlik ordusu, ölkədən miqrasiya axını, boşalmış dövlət xəzinəsi, taleyinə uğursuzluq yazılan ordu. Məhz budur 2017-ci ilin Ermənistan mənzərəsi!
Bir sözlə, Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Və hadisələrin bu məcrada inkişafı onu deməyə əsas verir ki, büdcədən maliyyələşən təşkilatlar gələn il də aylarla əməkhaqlarını ala bilməyəcəklər.
Ermənistanın populyar internet resurslarından olan “Tert. am” saytı yazır ki, ölkədə iqtisadi durum olduqca çətin vəziyyətdədir və Ermənistanın yuvarlandığı bu bataqlıqdan qurtulması üçün sözün əsl mənasında möcüzə baş verməlidir. Saytdan fərqli olaraq, yerli analitiklər heç də möcüzələrə inanmaq fikrində deyillər. Çünki Serj Sarkisyanın həyata keçirdiyi “islahatlar” gələn il ölkədə fəaliyyət göstərən kommersiya bankları üçün də “sürpriz”lər vəd edir. Belə ki, Mərkəzi bankın tələblərinə əsasən 2017-ci il yanvarın 1-dən etibarən Ermənistanda fəaliyyət göstərən kommersiya bankları öz nizamnamə kapitallarını 5 milyard dramdan (10 milyon ABŞ dolları) 30 milyard dramadək (60 milyon ABŞ dolları) qaldırmalıdırlar. Analitiklər belə hesab edirlər ki, ilin başa çatmasına cəmi 1 ay qalmış Mərkəzi bank tərəfindən belə bir tələbin irəli sürülməsi kommersiya banklarını çox çətin bir duruma salıb. Belə ki, nimaznamə kapitalları nisbətən aşağı olan banklar fəaliyyətlərini davam etdirmək üçün ya birləşməli, ya da ki, xarici banklardan kreditlər almalıdırlar. Yerli eksperlər belə hesab edirlər ki, ölkənin hazırkı iqtisadi durumunda banklar üçün bu heç də əlverişli görünmür. Çünki bundan əvvəl də aşağı həcmli kapitala malik olan bir neçə bank birləşsə də, nəticə uğurlu olmamışdır. İqtisadçı-ekspertlərin sözlərinə görə, Serj Sarkisyanın həyata keçirdiyi “islahatlar” onu deməyə əsas verir ki, dekabr ayı ölkədəki bir sıra bank üçün son fəaliyyət dövrü olacaq və tezliklə bankların sayı 17-dək aşağı enəcək. Gələn ildən fəaliyyətlərini davam etdirən banklar isə, sözsüz ki, Serj Sarkisyanın kriminal qruplaşmasına daxil olan oliqarxlara məxsus banklar olacaqlar. Bu isə ölkədə korrupsiya və rüşvətxorluğun daha da dərinləşməsinə xidmət edəcək.
Məsələni şərh edən Amerika Ticarət Palatasının sabiq sədri Tiqran Crbaşyan “Tert. am” saytına bildirib ki, hazırda Ermənistanda biznes mühitinin alternativ inkişaf konsepsiyasının olmaması bankları belə kritik dönəmə sürükləyib. “Ermənistan hakimiyyəti uzun illərdir ki, ölkədə heç bir iqtisadi təhlillərə söykənməyən, kor-koranə rəhbərlik həyata keçirir. Məhz bu səbəbdən də ölkə iqtisadiyyatı belə acınacaqlı durumdadır və belə bir siyasət sayəsində ölkənin perspektivi heç görünmür. Eyni oyunçularla, eyni formatda və eyni vergi siyasəti ilə artıq ölkəni idarə etmək mümkün deyildir. Xarici borclarımız da məhz bu səbəbdən ilbəil artır. Ən acınacaqlısı isə odur ki, indi bizə heç o borcu vermək istəyən də yoxdur. Çünki artıq dövlət adından aldığımız həmin borcların qaytarılması vaxtı yetişib”, - deyə Tiqran Crbaşyan vurğulayıb.
Ekspert daha sonra qeyd edib ki, ölkədə fəaliyyət göstərən bankların sayının yanvarın 1-dən azalması prosesin yalnız başlanğıcıdır. Serj Sarkisyanın sərgilədiyi səriştəsiz iqtisadi “islahatlar”ın nəticəsi olaraq gələn ilin ikinci yarısına doğru bankların sayında daha da azalma müşahidə ediləcək.
Göründüyü kimi, hakimiyyəti zəbt etmiş, işğalçılıq siyasətini davam etdirən Serj Sarkisyan özünün yarıtmaz fəaliyyəti ilə xalq, o cümlədən sahibkarlarla hakimiyyət arasındakı uçurumu gündən-günə daha da dərinləşdirməkdədir. Odur ki, yerli analitiklər belə hesab edirlər ki, aclıq və səfalətdən, korrupsiyalaşmış hakimiyyətin əsarətində yaşamaqdan cana doyan ermənilərin Serj Sarkisyan rejiminə qarşı üsyana qalxacağı gün çox da uzaqda deyil. Bu dəfə isə, yəqin ki, gələn ilin əvvəlindən bağlanacaq bankların əməkdaşlarının keçirəcəkləri etiraz aksiyaları bu üsyanın başlaması üçün bir qığılcım rolunu oynayacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

