"Jurnalistlərin və ictimaiyyətin sayəsində ölkədə qiyamı əngəllədik"
11.06.2009 [11:12]
“Mən tez-tez təkrarlamaq istəmirəm, ancaq “gələcəkdə Yuşşenko harada olacaq” deyə narahatlıq duymayın. Hansı dövlətdə, hansı cəmiyyətdə, hansı hüquqlarla yaşayacağınıza görə narahat olun”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Viktor Yuşşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Yuliya Timoşenko ilə Viktor Yanukoviç arasında ittifaqın və köklü Konstitusiya dəyişikliyi ilə bağlı razılığın baş tutmamasını dəyərləndirən dövlət başçısı bəyan edib ki, bu çevriliş cəhdini cəmiyyət və jurnalistlər əngəllədi. O bildirib ki, son iki həftədə ölkə “QKçP”nin Ukrayna variantını yaşayıb və bu, həm prezident kimi onun üçün, həm də hər bir sadə vətəndaş üçün çətin sınaq idi: “İnsanlardan gizlin demokratiyanı, müstəqilliyi və vahidliyimizi əlimizdən almaq istəyirdirlər”.
Bununla yanaşı, V.Yuşşenko əlavə edib ki, bu qiyamın baş tutmasının mümkünsüzlüyünə əmin idi. O, hər zaman prezidentin parlamentdə seçilməsinə yol verməyəcəyini təkrarladığını xatırladıb. Dövlət başçısının sözlərinə görə, ictimaiyyəti vicdanla məlumatlandıran jurnalistlər və Konstitusiya dəyişikliyi niyyətinə qarşı çıxan vətəndaşların mövqeyi “Yuliya Timoşenko” bloku ilə Regionlar Partiyasının planlarını pozub: “Jurnalistlərin və ictimaiyyətin sayəsində biz qiyamın həyata keçirilməsinə yol vermədik. Bu gün (iyunun 9-da - APA.) Konstitusiyaya dəyişiklik etmək istəyirdilər. Amma bu, alınmadı. Prosesin fiqurantlarından birinin dediyi kimi, hər şey əldən çıxdı”.
Viktor Yuşşenko onu da bildirib ki, baş nazir Yuliya Timoşenko mütləq prezident seçkilərində iştirak etməlidir: “Yuliya Vladimirovna Timoşenko bu seçkiyə getməyə məcburdur. Onun blokundan olan deputatlardan biri mənə dedi ki, fraksiyada Viktor Yanukoviçlə ittifaqın zəruriliyi əsaslandırılarkən Yuliya Vladimirovna ümumxalq seçkisində uduzacağını, ona görə də Regionlar Partiyası ilə geniş koalisiya yaratmağın yeganə yol olduğunu vurğulayıb. Bu yolla o, baş nazir kimi öz hüquqlarını qoruyacaqdı”.
Viktor Yuşşenko “narıncı inqilab” zamanı meydanda onunla çiyin-çiyinə dayanan insanların heç birini satmadığını bildirib. O, deyib ki, günahsız bəndə yoxdur: “Sizin aranızda günahsız insan varmı? Yoxdur. Sizin qarşısında dayanan şəxs də günahları olan bəndədir”.
Dövlət başçısı bank işçisi olarkən siyasətdən uzaq durmağa çalışdığını, lakin vəziyyətin dəyişdiyini, əvvəlcə baş nazir olduğunu, daha sonra isə meydan hərəkatında xalqın qarşısına çıxdığını söyləyib. V.Yuşşenko meydanda onunla bərabər dayananları yaxşı xatırladığını vurğulayıb: “Mənimlə birlikdə olanların bir qismi karyera, bir qismi mənfəət üçün orada dayanmışdı. üçüncülər isə ideya arxasınca gedənlər idi. Mən indi sizin qarşınızda sanki ikonanın qarşısındayam və demək istəyirəm ki, heç kəsi incitməmişəm”.
V.Yuşşenko meydan hərəkatının qələbəsindən sonra tərəfdarları arasında portfel bölgüsü üzündən parçalanma yarandığını qeyd edib: “Orada bir qadın, bir kişi vardı. Sonrasını bilirsiniz”.
Prezidentin sözlərinə görə, meydandakı bir çox insan vəzifə aldıqdan sonra peşəkarlıq səviyyələrinin çatışmazlığı səbəbindən bu vəzifələrlə bacarmadılar. V.Yuşşenko bildirib ki, kimin nəyə qadir olduğunu əvvəlcədən bilmədiyinə görə özünü günahlandıra bilməz: “Siz demək istəyirsiniz ki, onların alnında kim olduqları yazılmışdı? Yoxsa, mən onları öz şəxsi mənafeyim üçün vəzifəyə dəvət etdim?”
Viktor Yuşşenko prezidentliyinin ilk 2 ilində 26 dəfə cərrahiyyə əməliyyatına məruz qaldığını da bəyan edib. Bu faktı ilk dəfə açıqladığını söyləyən dövlət başçısı bildirib ki, əməliyyatlardan kimsənin xəbəri olmurdu: “Həftənin cümə günləri hər kəs istirahətə gedərkən mən əməliyyata girirdim, birinci günlər isə işə çıxırdım”.
V.Yuşşenko hər əməliyyatın 3 saat davam etdiyini də əlavə edib. Xatırladaq ki, 2004-cü ilin prezident seçkiləri kampaniyası zamanı V.Yuşşenko qəflətən zəhərlənib. Ağır vəziyyətdə Avstriyanın Vyana şəhərindəki klinikalardan birinə aparılan V.Yuşşenkonun qanında dioksin kimyəvi maddəsi aşkarlanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

