Ermənistandakı siyasi gərginlik hökumət böhranına səbəb olub
05.10.2018 [08:48]
Paşinyan hakimiyyətinin səriştəsizliyi işğalçı dövləti idarəolunmaz anarxiyaya sürükləyir
Ermənistan növbəti dəfə siyasi böhranla üz-üzə qalıb. İşğalçı dövlətin parlamentində başlanan gərginlik hökumətin ortaqları olan bəzi siyasi qüvvələrin təmsilçilərinin tutduqları nazir postlarından kənarlaşdırılması ilə nəticələnib. Ehtimallara görə, baş nazir Nikol Paşinyanın ən geci dekabr ayında növbədənkənar parlament seçkilərinə getmək planları qarşı tərəfin, yəni S.Sarkisyan tərəfdarlarının növbəti gözlənilməz addımına səbəb ola bilər. Belə ki, Respublikaçılar Partiyasının nümayəndələri N.Paşinyan istefa verəcəyi halda baş nazir postuna namizədlərinin olacağını indidən bəyan ediblər.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, parlamentdə iki dəfə baş nazir seçilməsə, növbədənkənar parlament seçkilərinə gedilməlidir. Baş nazir N.Paşinyanın isə ən çox qorxduğu variant onun istefasından dərhal sonra qanunverici hakimiyyətdə söz sahibi olan Respublikaçıların “Daşnaksutyun” və “Çarukyan” blokundan olan deputatların dəstəyi ilə hökuməti ələ keçirmək cəhdinə baş vura biləcəyi ehtimalıdır. Ən azı ona görə ki, oktyabrın 3-də Respublikaçılar tərəfindən belə bir variantın gündəmə gələ biləcəyi barədə fikir səsləndirilib.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, əslində, Ermənistanda hazırda hökumət böhranı yaşanır. N.Paşinyanın koalisiyanın üzvləri olan nazirləri istefaya göndərməsi, prezident Armen Sarkisyanın isə dərhal 6 nazirin, o cümələdən A.Minasyan, A.Xaçaturyan (“Daşnaksutyun” partiyası), A.Qriqoryan, Q.Rostomyan, L.Vaqradyan və A.Hakopyanın (“Çarukyan” bloku) istefası barədə fərman imzalaması və onların yerinə hələlik heç bir təyinat aprılmaması işğalçı dövlətdə siyasi gərginliyin hökumət böhranına səbəb olduğunu deməyə əsas verir. Bununla yanaşı, Ermənistan hökumətinin 4 oktyabrda keçirilən iclasında keçmiş koalisiyada birləşən partiyaları təmsil edən 6 qubernatorun vəzifədən azad edilməsi barədə qərar qəbul edilib. Onlar “Çiçəklənən Ermənistan” partiyasından Lori vilayətinin qubernatoru Qrant Markaryan, Vayotsdzor vilayətinin qubernatoru Araqats Saqatelyan, Armavir vilayətinin qubernatoru Qagik Miricanyan, Sünik vilayətinin qubernatoru Karen Ambartsumyan və “Daşnaksutyun” partiyasından olan Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan, Geqarkunik vilayətinin qubernatoru İşxan Saqatelyandır.
Beləliklə, son proseslərdən gəlinən qənaət odur ki, aprel hadisələrindən sonra yaranmış xaosdan istifadə edərək kütləvi etiraz aksiyalarının dəstəyi ilə hakimiyyətə gələn N.Paşinyanın səriştəsizliyi ucbatından vaxtında növbədənkənar parlament seçkiləri keçirilməməsi işğalçı ölkədə hakimiyyətdaxili çəkişmələrin yaranmasına, son nəticədə hökumət böhranının baş verməsinə gətirib çıxarıb. Mövcud qeyri-müəyyən vəziyyət isə onsuz da mafiozların hələ də “at oynatdığı”, kriminal durumun son dərəcə gərgin olduğu Ermənistanın idarəolunmaz anarxiyaya sürükləndiyini göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32

