Ermənistan törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir
15.12.2020 [09:48]
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. 44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış məntəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlardan istifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çox sayda insan isə yaralanıb.
Qeyd edək ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaq.
Məsələ ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, Ermənistan törətdikləri hərbi cinayətlərə görə hökmən cavab verəcək: “Ermənistan hərbi-siyasi rəhbərliyi və separatçı rejim tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Beynəlxalq hüquqa görə mülki şəxslər, habelə döyüş qabiliyyəti olmayan şəxslər hədəfə çevrilə bilməz. Yalnız hərbçilər legitim hədəf sayıla bilər. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Ermənilər müharibənin qayda və üsullarını da pozublar. Bu da Haaqa konvensiyalarının pozulması kimi dəyərləndirilir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadə də ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir”.
Komitə sədrinin sözlərinə görə, bu faktları Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı səsləndirdi: “Cənab Prezidentin qeyd etdiyi kimi, vaxtilə Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiya təşkil etmişdi. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdiriblər. Eləcə də həmsədrlərin özləri işğal olunmuş ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, qeyri-qanuni məskunlaşmanın şahidi olublar. Təbii ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən ermənilərin hərbi cinayətlərinin sənədləşdirilməsi və müvafiq məhkəmələrə təqdim olunması istiqamətində iş aparır. İnanırıq ki, hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar layiqli cəzalarını alacaqlar”.
“Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirib, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub”. Bu fikirləri isə millət vəkili, akademik Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Ermənistan ötən dövr ərzində 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə əməl etməyib. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc əhalinin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutması onların beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi.
“Ermənilərin ekoloji terror aktları - qəsdən meşələri yandırması da humanitar hüququn pozulması deməkdir. Ermənilərin əsirlərə qarşı qəddar və qeyri-insani davranışı ilə bağlı da ciddi faktlar mövcuddur. Ermənilər əsirlər və müharibə qurbanları ilə bağlı beynəlxalq konvensiyaların da normalarını pozub. Xüsusilə qeyd etmək istəyirəm ki, erməni tərəfi tarixi, dini və mədəni abidələrimizə qarşı 30 il ərzində vəhşilik törədib. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi, habelə separatçı rejim məsuliyyət daşıyırlar. Onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaq”, - deyən millət vəkili müharibə dövründə ermənilərin muzdlulardan istifadə etməsinə də dair çoxsaylı faktlar var. Təbii ki, bütün bunlar hərbi cinayətlərdir və Ermənistan bütün bunlara görə cavab verəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

