Söz adamına söz töhfəsi...
19.09.2024 [07:05]
Tanınmış jurnalist Hidayət Elvüsalın 75 illik yubileyinə həsr olunmuş kitab işıq üzü görüb
Ömür axar çay kimidir. Nə bir suya iki dəfə toxuna bilirsən, nə də bir günü ikinci dəfə yaşaya... İstədin, istəmədin, sən onu yaxaladın, yaxalamadın, bir çay kimi axıb gedir ömür. Yaxşısı ilə, pisi ilə əvəzləyir günlər, aylar, illər bir-birini. Amma elə insanlar var ki, axıb gedən ömürlərini əməllərində, adlarında əbədiləşdirirlər.
Özündən sonra qocaman bir irs, böyük yaradıcılıq külliyyatı və şərəfli bir ad qoyanlardandır tanınmış jurnalist Hidayət Elvüsal. Bu il 75 illik yubileyini qeyd edən ustad jurnalist bir neçə gün öncə gözlərini əbədiyyətə yumdu. Bu xəbər onu tanıyan, sevən, qələminə bələd olan hamı üçün nə qədər ağır və kədərli olsa da, taleyin işidir ki, vəfatından cəmi bir gün sonra onun haqqında hazırlanmış kitabın çapdan çıxması müəyyən qədər təsəlli də oldu.
50 ildən çox jurnalist fəaliyyətində bir dəfə də olsun yazılarını kitab halında nəşr etdirmək həvəsi göstərməmişdi Hidayət Elvüsal. Onun əvəzindən dostları, tələbəlik yoldaşları onun 75 illik yubileyinə töhfə kimi bu vəzifəni öz üzərlərinə götürmüşdülər. Geridə qoymaqda olduğumuz yay uzunu Hidayət Elvüsal haqqında kitab üzərində işləmiş, dəyərli yazıları, müsahibələri bir toplu şəklində çap etdirib yubilyarı sevindirmək üçün çalışmışdılar. Lakin atalar deyir: “sən saydığını say, gör fələk nə sayır”. Nə yazıq ki, Hidayət müəllimin ömrü bu kitabı görməyə, vərəqləməyə yetmədi. Onun yubileyinə hədiyyə olacaq “Söz adamı: Hidayət Elvüsal” kitabı onun yas mərasimində ailəsinə, sevənlərinə, oxucularına paylandı.
Tərtibçisi və redaktoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Maral Poladova, məsləhətçiləri Əli Şamil, İsrafil Qurbanov olan kitabda müasir Azərbaycan mətbuat tarixində özünəməxsus üslubu ilə seçilən, tanınmış jurnalist Hidayət Elvüsalın mətbuat orqanlarında çap olunmuş yazıları ilə yanaşı, həm də tələbəlik dostları və həmkarlarının onun haqqında söylədikləri ürək sözləri yer alıb.
Xalq şairimiz Bəxtiyar Vahabzadənin “müasir dövrümüzün Cəlil Məmmədquluzadəsi” adlandırdığı H.Elvüsalın satirik qələminin məhsulu olan və oxucunu gah güldürüb, gah da düşünməyə məcbur edən bu yazılarının nə qədər dəyərli olduğunu kitabla tanışlıqdan sonra daha dərindən dərk etmək mümkün olacaq.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Maral Poladova kitabın ilk yazısında- müəllifi olduğu “Jurnalist adını şərəfləndirən Hidayət Elvüsal” məqaləsində görkəmli jurnalistin 70 və 75 illik yubiley tədbirlərindən söz açır, təəssüratlarını bölüşür və eyni zamanda xüsusi bir qeydini də əlavə etməyi unutmur:
“Təəssüflə qeyd etmək istəyirəm ki, Hidayətə həsr olunmuş hər iki tədbirdə onun dostları və həmkarları tərəfindən səsləndirilən bir haqlı irad - bu vaxtadək Hidayətin bir dənə də olsun kitabının çap olunmaması hamını narahat etdi. Hər kəs bunun səbəbini bir cür yozurdu. Kimisi bunu Hidayətin həddindən çox təvazökar olması, kimisi onun “tənbəlliyi”, kimisi də torpaq həsrətinin nisgili ilə əlaqələndirirdi...
Hidayət Elvüsalın yaradıcılığına vaxtilə yüksək qiymət verən Xalq şairimiz Bəxtiyar Vahabzadə onu “müasir dövrümüzün Cəlil Məmmədquluzadəsi” adlandırmışdı.
Hidayət deyir ki, sözün qədrini bilməyən adam, heç nəyin qədrini bilməz! Onu da deyir ki, “Jurnalistika bir həyatdır, yurddur, adam burdan ayrılsa, - balığı sudan çıxarırsan, bax, jurnalistika da mənim üçün belə bir şeydir, adamın nəfəsi kəsilir...”
...Yubiley tədbirinin sonunda biz - Hidayət Elvüsalın tələbə yoldaşları, daha doğrusu, 612-ci qrupun nümayəndələri (Əli Şamil, İsrafil Qurbanov və mən) belə qərara gəldik ki, onun yazdıqlarının hamısını olmasa da, bir qismini bir yerə toplayıb çap etmək istəsək, çox güman ki, özü buna maneçilik yarada bilər. Ona görə də Hidayətin özündən xəbərsiz bir SÖZ hədiyyəsi hazırlamağı planlaşdırdıq. Bu məqsədlə, Hidayət Elvüsalın çap olunmuş yazılarından və müxtəlif xatirə yazıların elektron variantından istifadə etdik. Eyni zamanda özümüzün demək istədiklərimizi də ilk dəfə bu topluya daxil etmək imkanı qazanmış olduq. Fikirləşdik ki, həmkarlarının “güldürə-güldürə öldürən qələm sahibi” adlandırdıqları SÖZ ADAMINA sözdən maraqlı nə hədiyyə edə bilərik ki...”
Kitabın “Tələbə yoldaşlarının və dostlarının ürək sözləri” adlı bölməsində Akif Cabbarlı, Bilman İsaq, Əli Şamil, İsrafil Qurbanov, Məzahir Süleymanoğlu, Rəşad Məcid, Sevinc Qərib, Məhəmməd Nərimanoğlu, Şakir Yaqubov və başqalarının satirik publisist haqqındakı dəyərli fikirləri, ürək sözləri yer alıb.
“Söhbətlər və müsahibələr” bölməsində mərhum jurnalist ayrı-ayrı zamanlarda mətbuata verdiyi müsahibələr, həmkarları ilə söhbətləri fonunda sanki oxucu ilə danışır, onu öz dünyasına bir az da yaxınlaşdırır.
Kitabın son bölməsində isə H.Elvüsalın illər boyunca yazdığı, amma heç zaman kitablaşdırmadığı yazılarından, məşhur “Belə belə işlər” silsiləsindən məqalələr toplanıb.
“Jurnalist, yoxsa...”, “Dünya utanmalıdır! Amma utanmır...”, “Qara ulduzlar”, “Nəslimin yarpaq tökümü”, “Aqil Abbasın ad günüdür”, “Bayram gəldi, heç...”, “Nəfəsimiz kəsilir”, “Hərə bir cür yaşayır”, “Zombilər”, “Bu da molla”, “Nəğmə dərsi” və sair kimi məqalələrində cəmiyyətimizin, ictimaiyyətimizin bir-birindən maraqlı mövzuları Hidayət Elvüsal qələminin koloriti ilə şərh olunur.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

