Azadlıq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 93 il ötür
21.10.2025 [08:17]
Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!
Şairin bu misralarından sonra səsinə minlərlə, milyonlarla Vətən sevdalısı səs verdi. Həmin dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə zindana atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetişdi. Heç şübhəsiz, bu, hər inqilabçı şairə qismət olmayır. O, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin on cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. O, Azərbaycanın müstəqilliyinin şahidi olmuş, bunu görmüşdür.
Böyük mücahidin həyatı...
Bu gün ondan söz açmağımız təsadüfi deyil. Çünki bu gün Azərbaycanın görkəmli simalarından biri - şair, yazıçı, filosof, alim, xalq azadlığı uğrunda fədakar mübariz, böyük vətəndaş Xəlil Rzanın 93-cü ildönümüdür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib.1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...
Xəlil Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”,”Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.
Vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular”, ancaq vətən əldən getməməlidir”- deyərək, odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib. Təsadüfi deyil ki, ona istiqlalın alovlu şairi deyirdilər.
1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahsız insanları tankların altına salınmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dillə cavab verən Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün Vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Əsərlərində Vətən sevgisi, düşmənə nifrət, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər misrasını ötəri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazıb.
Həyat yoldaşı Firəngiz xanımın dilindən:
“Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Ulu öndər Heydər Əliyev oni təqiblərdən daim qorumuş, “sən millətçi deyil, xalqın şairisən” deyirdi.Ulu öndər deyirdi ki, “mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm. Ona görə də bu itki bütün Azərbaycan xalqı kimi, mənim ucun də böyük bir itkidir. Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar ucun nümunə olacaqdır”.
... Vətənpərvərlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairi Xəlil Rza vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun vaxtsız gedəcəyini öncədən duymuşdu.
Xəlil Rza poeziyası gələcək nəsillər üçün bir xəzinədir. Onun mübarizliyi, mərdliyi hamının yaddaşında qalıb. Bu gün onun arzuları həyata keçib. Vətənin igid oğulları Qarabağımızı azad edib. Azərbaycan müstəqildir, azaddır. Ona görə də fəxrlə deyə bilərik ki, Xalqın mərd, mübariz oğlu, tarixdə iz qoyan sənətkar, türk dünyasının günəşi! Milli Qəhrəman atası! Ölməz şair Xəlil Rza Ulutürk...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52

