Dənizi hədiyyə verirəm sənə...
15.01.2026 [08:51]
Nəbi Xəzrinin anım günüdür
Azərbaycan ədəbiyyatında elə simalar var ki, onların yaradıcılığı yalnız bədii-estetik dəyər daşımır, eyni zamanda, bir dövrün ruhunu, ictimai-siyasi nəfəsini, xalqın daxili ağrı və ümidlərini özündə cəmləşdirir. Nəbi Xəzri məhz bu nadir simalardan idi. Onun fenomeni təkcə şair kimi deyil, ziyalı, vətəndaş və milli düşüncənin daşıyıcısı kimi formalaşmasında gizlidir.
Nəbi Xəzri poeziyaya romantik duyğularla gəlsə də, bu romantika heç vaxt reallıqdan qopmadı. O, Xəzərin dalğaları kimi həm coşqun, həm də dərin idi. Şeirlərində sevgi, vətən, zaman, insan taleyi paralel axarda inkişaf edir. Bu, təsadüfi deyildi. Çünki Nəbi Xəzri üçün poeziya sadəcə söz oyunu yox, məsuliyyət əsas idi. O, şair sözünün xalqın taleyindəki rolunu yaxşı dərk edirdi.
Onun yaradıcılığında Vətən anlayışı xüsusi yer tutur. Lakin bu vətənpərvərlik pafoslu şüarlardan uzaqdır. Nəbi Xəzri vətəni təbiətin dili ilə, insanın daxili ağrısı ilə, tarixin sükutu ilə danışdırırdı. Xəzər dənizi onun poeziyasında sadəcə coğrafi məkan deyil, milli yaddaşın, zamanın və taleyin simvoludur. Elə “Xəzri” təxəllüsünün özü də bu bağlılığın poetik ifadəsidir.
Nəbi Xəzri fenomeninin əsas cəhətlərindən biri də onun ictimai mövqeyidir. O, sovet ideoloji çərçivələri daxilində yaşasa da, milli kimliyini qorumağı bacaran sənətkarlardandır. Sözün açıq deyilmədiyi, fikrin dolayı yolla ifadə olunduğu bir dövrdə Nəbi Xəzri simvolik düşüncənin gücündən istifadə edərək milli ruhu yaşatdı. Bu, həm cəsarət, həm də yüksək intellekt tələb edirdi.
Bu gün xalq şairinin vəfatından 19 il ötür. 2007-ci il yanvarın 15-i kəskin insultdan dünyasını dəyişdi. Dəyişməyən isə onun bu illər ərzində yazıb-yaratdığı əsərləri, şeirləri və nəğmələrə çevrilərək sevə-sevə oxunan şeirləri oldu.
“Pəncərəmə qondu çiçək”, “Dərələr”, “Külək”, “Nar ağacı, nar çiçəyi” və s. Hər nəğmə oxunduqca, hər kitab işıq üzü gördükcə, oxucu yazıçının yaradıcılığı ilə müxtəlif rakurslardan tanış olmağa başladı. Onun şeir, dramaturgiya, nəsr və tərcümə sahəsində fəaliyyəti, dövlət işində çalışması heç zaman şair hissiyyatına, incə misraların yaranmasına mane olmadı. Əksinə, çoxşaxəli fəaliyyət Nəbi Xəzri yaradıcılığını daha da zənginləşdirdi.
Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olub. 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1971-1974-cü illərdə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrini icra edib. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik etməsi Nəbi Xəzrinin üzərinə daha böyük məsuliyyət qoyub.
“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitablarındakı əsərlər mövzunun məzmunundan asılı olaraq, yazıçının maraqlı düşüncə və bədii fikri oxucuya təqdim edilir. “Peyğəmbər”, “Atillanın atlıları” poemalar da onun yaradıcılığında özəl yer tutur.
1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri 1965-1971-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işləyib. Şairin sevilən bəstəkar Tofiq Quliyevlə, Emin Sabitoğlu ilə uğurlu əməkdaşlığı neçə-neçə populyar nəğmələrin yaranmasına səbəb olub. Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib. Bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova və “Qaya” qrupu, Gülağa Məmmədov, Müslüm Maqomayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Onlar arasında Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhur “Azərbaycan” mahnısı isə indi də ölkəmizə həsr edilmiş ən uğurlu mahnı kimi xarici qastrol səfərlərində, nüfuzlu mədəniyyət günlərində dinləyənləri heyran edir. Bu, bəstəkarla yanaşı, həm də mahnı mətninin müəllifi Nəbi Xəzri poeziyasının ruhu və üslubuyla bağlıdır.
Bu gün də o nəğmələr səslənəndə bir çoxlarını o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların müəllifi, sevimli xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

