Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub
18.09.2024 [16:28]
Sentyabrın 18-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sevil Abbasoğlu İrəvanlının “Kafkaslardakı kıyım ve sürgünler” (Qafqazda qırğınlar və sürgünlər) kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov kitabda Azərbaycan tarixi üçün önəmli məqamların işıqlandırıldığını diqqətə çatdırıb. Muzeyin direktoru kitabın əzəli ata-baba yurdumuz Qərbi Azərbaycanın siyasi tarixini, adət ənənələrini və mədəniyyətini daha dərindən öyrənmək üçün dəyərli elmi tədqiqat əsəri olduğunu vurğulayıb. O, kitabın Azərbaycan türkcəsində nəşr olunmasının zəruriliyini qeyd edib.
Akademik Rafael Hüseynov çıxışında Azərbaycan dövlətinin XX əsrdə qət etdiyi mübarizəli yolun enişli-yoxuşlu mərhələlərindən də söz açıb, müstəqilliyin bərpasının ilk illərində Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını vurğulayıb: “Ulu Öndər tarixin çətin sınaqlarında dövlətimizin müstəqilliyini qoruyub saxlamağı bacardı və XXI əsrə çatdıra bildi, müasir Azərbaycan dövlətini mükəmməl bir şəkildə bərqərar etdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müstəqilliyimizi daha da möhkəmləndirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 illik erməni işğalına son qoydu, torpaqlarımızı azad etdi”.
Sonra kitabın müəllifi əslən Qərbi Azərbaycandan olan Sevil Abbasoğlu İrəvanlı çıxış edərək nəşrin ərsəyə gəlməsinə xeyli vaxt sərf olunduğunu, bunun Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu diqqətə çatdırıb.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz, AzTV-nin “Turan” proqramının aparıcısı Zərnişan Atakişiyeva, “Dərələyəz” icmasının üzvü Kamil Məmmədov və digərləri çıxış edərək Qərbi Azərbaycanla bağlı elmi əsərlərin yazılmasını və tədqiqini tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm amil kimi qiymətləndiriblər.
Qeyd edilib ki, kitab İstanbulda Türk Dünyası Araşdırmaları Vakfı tərəfindən çap olunub. Kitabın ön hissəsində İrəvan xanlığının alay bayrağı, arxa hissəsində isə İrəvan qalasının çar Rusiyası orduları tərəfindən mühasirəsi təsvir edilib. Bu təsvirlər fransızəsilli rus rəssam Frans Roubaud tərəfindən 1827-ci ildə yaradılıb.
Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, müharibələr, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlığının və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri açıqlanıb. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb.
Əsərdə İrəvan xanlığının siyasi tarixi haqqında məlumatlarla bağlı çar Rusiyası dövründə nəşr olunmuş “Qafqaz toplusu” (“Kavkazskiy sbornik”) jurnalına və İsrafil Məmmədovun əsərlərinə istinad edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

