/ / Şəhla Quliyeva: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması kompleks tədbirlər tələb edir
Şəhla Quliyeva: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması kompleks tədbirlər tələb edir
13.08.2026 [11:37]
Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycan dilində elmi və bədii ədəbiyyatın əlçatanlığının artırılması, habelə ana dilinin qorunması istiqamətində görülən işlər diqqət mərkəzindədir. Yeni qanunvericilik dəyişikliklərinin rəqəmsal mühitə təsiri ilə yanaşı, elektron kitabxanaların inkişafı və Azərbaycan dilinin təbliği sahəsində həyata keçirilən layihələr də bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva AZƏRTAC-a müsahibəsində rəqəmsal resursların təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin genişləndirilməsi və milli ədəbiyyatın təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Müsahibəni təqdim edirik.
- Yeni qanunun tətbiqi uşaqların rəqəmsal savadlılığının artırılmasına və təhlükəsiz internet mühitinin formalaşmasına necə təsir göstərəcək?
- Düşünürəm ki, qanuna edilən bu dəyişiklik rəqəmsal təhlükəsizlik sahəsində daha məsuliyyətli yanaşmanın formalaşmasına töhfə verəcək. Sosial şəbəkə platformalarının üzərinə qoyulan öhdəliklər uşaqların zərərli və onların yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunla qarşılaşma riskini azaltmağa, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına xidmət edəcək. Eyni zamanda, bu addımlar həm uşaqlarda, həm də valideynlərdə rəqəmsal savadlılıq və təhlükəsiz internet istifadəsi ilə bağlı məlumatlılığın artmasına şərait yaradacaq.
- Sizcə, yaş məhdudiyyətinin tətbiqi uşaqları zərərli məzmunlardan qorumaq üçün kifayət edəcəkmi, yoxsa bununla yanaşı əlavə maarifləndirmə və nəzarət tədbirlərinə ehtiyac var?
- Yaş məhdudiyyəti uşaqların müdafiəsi baxımından mühüm mexanizmdir, lakin düşünürəm ki, təkbaşına bütün problemlərin həlli üçün kifayət deyil. Bununla yanaşı, məktəblərdə rəqəmsal təhlükəsizliklə bağlı maarifləndirici tədbirlər genişləndirilməli, valideynlərin bu sahədə bilik və bacarıqları artırılmalı, sosial media platformaları isə zərərli və təhlükəli məzmunun operativ aşkarlanması və qarşısının alınması üçün daha effektiv mexanizmlər tətbiq etməlidirlər. Yalnız qanunvericilik, texnoloji imkanlar, valideyn nəzarəti və maarifləndirmə tədbirlərinin kompleks şəkildə həyata keçirilməsi daha dayanıqlı nəticələr verə bilər.
- Elektron kitabxanaların inkişafı Azərbaycan dilində elmi və bədii ədəbiyyatın əlçatanlığına necə təsir göstərir?
- Elektron kitabxanaların inkişafı Azərbaycan dilində elmi və bədii ədəbiyyatın daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Elektron resurslar regionlarda yaşayan tələbələrin, tədqiqatçıların, sıravi oxucuların, habelə ölkə hüdudlarından kənarda yaşayan və Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə maraqlanan insanların ədəbiyyatımıza zaman və məkan məhdudiyyəti olmadan çıxışını təmin edir.
Bu imkanlar həm mütaliə mədəniyyətinin inkişafına, həm də Azərbaycan ədəbiyyatının və dilinin təbliğinə mühüm dəstək verir. Mərkəzi Elmi Kitabxana olaraq biz də yenilənən Akademiya mühitində bu istiqamətdə işlərimizi davam etdirir, elektron kitabxanamızı təkmilləşdirir və müasir tələblərə uyğun şəkildə inkişaf etdiririk. İnanırıq ki, bu proses həm kitabxananın oxucu auditoriyasının genişlənməsinə, həm də mütaliəyə marağın artmasına öz töhfəsini verəcək.
- Bəs kitabxana Azərbaycan dilinin saflığının qorunması istiqamətində gələcəkdə hansı layihələri həyata keçirəcək? Bu istiqamətdə hansı işlər planlaşdırılır?
- Azərbaycan dilinin inkişafı, qorunması və təbliği istiqamətində dövlət tərəfindən müəyyən edilmiş prioritetlərə uyğun olaraq Mərkəzi Elmi Kitabxanada məqsədyönlü tədbirlər həyata keçirilir. Kitabxanada ana dilinin inkişafı və təbliği ilə bağlı müxtəlif elmi-maarifləndirici tədbirlər, kitab və ədəbiyyat sərgiləri təşkil olunub. Bu tədbirlərə Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və liseylərin şagirdləri, həmçinin ali təhsil müəssisələrinin tələbələri cəlb edilir. Mərkəzi Elmi Kitabxananın bu istiqamətdə fəaliyyəti Azərbaycan dilinin, milli ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Belə layihələrin davam etdirilməsi və fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi nəzərdə tutulur. Sentyabr ayından etibarən Azərbaycan dilinin və milli-mədəni irsin təbliğinə yönəlmiş layihələrin, maarifləndirici tədbirlərin və müxtəlif mövzularda biblioqrafik göstəricilərin hazırlanması istiqamətində işlərin intensivləşdirilməsi planlaşdırılır. Kitabxanada “açıq qapı” günlərinin, tematik kitab və ədəbiyyat sərgilərinin, eləcə də maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur. Xüsusilə hər ayın ilk iş günündə təşkil olunan “açıq qapı” günləri çərçivəsində Azərbaycan dilinin, milli ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliğinə xüsusi diqqət yetiriləcək. Mərkəzi Elmi Kitabxana bundan sonra da Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, milli-mədəni irsin qorunmasına və geniş ictimaiyyət arasında təbliğinə öz töhfəsini vermək üçün ardıcıl fəaliyyət həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25

