Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Məleykə Abbaszadə abituriyentləri ixtisas seçimində universitetlərin təqdim etdiyi imkanlara diqqət yetirməyə çağırıb

Məleykə Abbaszadə abituriyentləri ixtisas seçimində universitetlərin təqdim etdiyi imkanlara diqqət yetirməyə çağırıb

13.08.2026 [13:26]

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda çıxışı zamanı abituriyentləri ixtisas seçimində universitetlərin təqdim etdiyi imkanlara diqqət yetirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, DİM rəhbəri müxtəlif universitetlərin müxtəlif təkliflər verdiyini qeyd edib. O deyib: “Müəyyən universitetlər var ki, onların təqdim etdikləri təhsil formasında ikili diplomlar, müxtəlif ixtisasların isə beynəlxalq səviyyədə akkreditasiyası var. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cihaz mühəndisliyi - tədris ingilis dilində olan ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu o deməkdir ki, məzun beynəlxalq akkreditasiyadan keçmiş diplom əldə edəcək. Bu, çox vacib məqamdır. Azərbaycan Texniki Universitetində maşın mühəndisliyi ixtisasında kadr hazırladığı Müdafiə Sənayesi Nazirliyi ilə birgə aparılır. Bu ixtisası seçənlərə həmin nazirlik gələcəkdə iş təqdim edə bilər”.

M.Abbaszadə “Abituriyent” jurnalının 4-cü nömrəsi ilə yaxından tanış olmağı, abituriyentlərin arzuladıqları ixtisasların siyahısını tutmağı, sonra balına uyğun olan siyahını müəyyənləşdirməyi tövsiyə edib.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31