ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər
24.08.2026 [18:55]
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) sosial iş ixtisasının tələbələri Telman Aslanlı (Sİ2301) və Atilla Nağıyev (Sİ2401) Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq yay məktəbi proqramında iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq yay məktəbi “İpək Yolu” Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin dəvəti ilə təşkil olunub. Müxtəlif ölkələrdən tələbələrin iştirak etdiyi proqram akademik, mədəni və sosial fəaliyyətləri əhatə edib.
Yay məktəbinin ilk günündə iştirakçılar universitet rəhbərliyinin çıxışlarını dinləyib və digər ölkələrdən olan tələbələrlə tanış olublar. Proqram çərçivəsində iştirakçılar turizm üzrə dərslərə qatılıb, Özbəkistanın milli mətbəxi, turizmi və mədəni irsi ilə bağlı mühazirə və praktiki məşğələlərdə iştirak ediblər. Tələbələr, həmçinin Səmərqənd plovunun hazırlanmasına həsr olunmuş kulinariya master-klasına qatılaraq yerli mətbəxin xüsusiyyətləri ilə yaxından tanış olublar. Mədəni proqram çərçivəsində ATMU tələbələri Səmərqəndin əsas tarixi və turizm məkanlarını ziyarət ediblər. Onlar Registan meydanı, Əmir Teymur məqbərəsi (Gur-Əmir), Şah-i-Zinda kompleksi, Bibixanım məscidi, Uluqbəy rəsədxanası, Xoca Daniyar məqbərəsi və Əfrasiyab Muzeyi ilə tanış olublar. Siyab bazarına səfər zamanı isə şəhərin gündəlik həyatı və yerli mədəniyyət haqqında yeni təəssüratlar əldə ediblər. Proqram iştirakçıları “Xucum” xalça fabrikinə və “Meros” kağız emalı müəssisəsinə də gedərək Özbəkistanın ənənəvi sənətkarlıq nümunələri ilə tanış olublar.
ATMU tələbələri, həmçinin İmam əl-Buxari Memorial Kompleksi və İnstitutunu ziyarət ediblər. Səfər zamanı İmam əl-Buxarinin həyatı və elmi irsi, eləcə də onun İslam sivilizasiyasındakı rolu barədə məlumat əldə ediblər.
Beynəlxalq yay məktəbinin yekun günündə iştirakçılar proqram çərçivəsində qazandıqları təcrübələri bölüşüb, tələbə təqdimatlarında iştirak edib və yekun müzakirələrə qoşulublar. Bağlanış mərasimində iştirakçılara Yay Məktəbində iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.
ATMU tələbələrinin beynəlxalq yay məktəbində iştirakı onlara müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurmaq, yeni akademik və mədəni təcrübə qazanmaq, beynəlxalq əlaqələrini genişləndirmək və Özbəkistanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradıb. Bu, eyni zamanda, Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafına, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə və yeni tərəfdaşlıq imkanlarının yaradılmasına töhfədir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

