Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib

“Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib

07.10.2026 [21:13]

 7 oktyabr 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Polimer Materialları İnstitutunda “Tədqiqatdan istehsalata” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi elmi-tədqiqat potensialının sənayenin tələbatları ilə əlaqələndirilməsi, tətbiqyönümlü tədqiqatların genişləndirilməsi, elmi nəticələrin istehsalata transferinin təşviq edilməsi və sənaye müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olub.
Dəyirmi masada Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli, Polimer Materialları İnstitutunun direktoru professor Fariz Əmirli, “Azərikimya” İB Etilen-Polietilen zavodunun direktoru Teymur Axundov, proses üzrə direktoru Samir Səlimli, "SOCAR Karbamid" zavodunun biznesə dəstək üzrə meneceri Gülgəz Vəliyeva, istehsalat üzrə aparıcı mühəndisi Nurlana Əfəndiyeva, laboratoriya supervayzeri Asya Rzayeva, laboratoriya meneceri Ekrəm Akar, “METAK” MMC-nin keyfiyyətə nəzarət departamentinin rəhbəri Rəsul Şıxmuradov, “Polymart” MMC-nin direktor müavini İsa Vəliyev, istehsalat müdiri Firuz Əlimuradov və “Tekoplast” şirkətinin baş direktoru Şükür Rüstəmov iştirak ediblər.
Həmçinin “Fin-Plast International” MMC, “METAK” MMC, “Azərikimya” İB Etilen-Polietilen zavodu, "SOCAR Karbamid" zavodu, “SOCAR Polymer” MMC, “Tekoplast”, “El-Plastik” MMC, “STP Polymer” MMC, “Polymart” MMC, “Nur Kauçuk” MMC, “Vegaplast” MMC, “SOBSAN BOYA”, “CMT Group” MMC, “FAB Boya və Kimya Sənayesi” MMC və Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri tədbirdə təmsil olunublar.
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli universitetin elmi-tədqiqat fəaliyyətinin istehsalatın real ehtiyacları ilə uzlaşdırılmasının, elmi nəticələrin praktik tətbiqinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, sənayenin inkişafı yeni texnologiyaların tətbiqini, innovativ yanaşmaların təşviqini və müasir elmi nəticələrin istehsalat proseslərinə inteqrasiyasını zəruri edir. Universitetin elmi potensialının sənaye müəssisələrinin qarşılaşdığı texnoloji və istehsalat məsələlərinin həllinə yönəldilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə müəssisələrlə birgə fəaliyyətin genişləndirilməsi, mövcud texnoloji imkanların inkişaf etdirilməsi və yeni istehsal həllərinin hazırlanması əsas prioritetlərdəndir.
Dəyirmi masada çıxış edən SOCAR Karbamid zavodunun istehsalat üzrə direktoru Şöhrət Mirzəyev, “METAK” MMC-nin baş texnoloqu Xəqani Nəsibov, “CMT Group” MMC-nin sədr və baş icraçı direktoru Vüqar Hacı, Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov, “SOCAR Polymer” MMC-nin məhsulun keyfiyyətinə nəzarət üzrə direktoru Elvira Babayeva, “FAB Boya və Kimya Sənayesi” MMC-nin baş icraçı direktoru Levent Sencan, “El-Plastik” MMC-nin direktor müavini Mahmud Şirinov və “Fin-Plast International” MMC-nin satış üzrə şöbə rəhbəri Yusif Əhmədov sənaye müəssisələrinin elmi-tədqiqat potensialından daha səmərəli istifadə edilməsi, istehsalatda qarşıya çıxan texnoloji problemlərin elmi yanaşmalar əsasında həlli, yeni materialların hazırlanması, məhsul keyfiyyətinin yüksəldilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətləri barədə fikirlərini bölüşüblər.
Görüş zamanı sənaye müəssisələrinin aktual texnoloji ehtiyacları və onların elmi həlli imkanları, polimer və yeni materialların hazırlanması, yaşıl kimya və bərpa olunan enerji texnologiyalarının tətbiqi, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Polimer Materialları İnstitutunun elmi potensialından sənayenin konkret tələbatlarının həllində istifadə edilməsi, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, müasir laboratoriya imkanlarının istehsalat yönümlü tədqiqatlara cəlb edilməsi və sənaye müəssisələri ilə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri nəzərdən keçirilib.
Müzakirələrin yekununda elm və istehsalat arasında əlaqələrin sistemli şəkildə genişləndirilməsi, tətbiqi tədqiqatların təşviqi, birgə layihələrin həyata keçirilməsi və elmi nəticələrin real sektorda tətbiqinin sürətləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Dəyirmi masa Polimer Materialları İnstitutu və Sumqayıt Dövlət Universitetinin elmi-tədqiqat fəaliyyətinin istehsalatla inteqrasiyasının gücləndirilməsi, universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi və elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31