Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir

09.10.2026 [11:03]

Tədbir çərçivəsində jurnalistlərə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin cəmiyyətin aktual məsələlərindən biri olduğunu bildirib.

O açıqlamasında bildirib ki, milli-mənəvi dəyərlərin təbliği, dini radikalizmlə mübarizə və dini maarifləndirmə istiqamətində mütəmadi olaraq silsilə tədbirlər təşkil edilir və tədbirlər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Gündüz İsmayılovun onu da vurğulayıb ki, indiyədək bu istiqamətdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər keçirilib. Əvvəlki tədbirlərdə gənclərin dini maarifləndirmə səviyyəsinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərin əlaqələndirilməsinə diqqət yetirilib.

Sədr müavini qeyd edib ki, konfransda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin və dini icmaların rolu da müzakirə olunacaq.

Məlumat  üçün bildirək ki, tədbirdə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının yerli strukturlarının nümayəndələri, ölkənin müxtəlif bölgələrindən din xadimləri və dini icma rəhbərləri, eləcə də bu prosesdə fəal iştirak edən ilahiyyatçılar iştirak edirlər.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31