Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizin qarşısında yeni strateji vəzifələr dayanır

Ölkəmizin qarşısında yeni strateji vəzifələr dayanır

09.10.2026 [16:20]

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Proqram xarakterli çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi yadda qaldı. Qurultayda elan edilən mühüm prioritetlər YAP-ın qarşıdakı fəaliyyət istiqamətləri ilə yanaşı, bütövlükdə Azərbaycanın dövlətçilik strategiyasına, milli maraqlarının qorunmasına və yeni geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələri aydın şəkildə müəyyən edir.  Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Qurultay nümayəndəsi, YAP-ın veteranı,Tovuz rayon Ağsaqqal Şurasının sədri Məzahir Bayramov bildirib.

Onun sözlətinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın tamamilə yeni ictimai-siyasi və geosiyasi reallıqda keçirilməsidir. “Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın Zəfərə aparan yolunun ardıcıl dövlətçilik siyasəti ilə bağlılığıdır. Bu kontekstdə YAP-ın 1992-ci ildə təsis olunması və Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi dönüş mərhələsi kimi qiymətləndirilə bilər. Bu dönməz kursun davam etdirilməsi isə Azərbaycanın gələcək inkişafa və sarsılmaz uğurlara çatdırdı, ən müqəddəs vəzifəmiz olan ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasını təmin etdi”.

M. Bayramov bildirib ki, bu tarixi nailiyyətlərin fonunda Azərbaycanın qarşısında müasir reallıqlar dövründə yeni strateji vəzifələr dayanır. “Cənab

Prezident qurultaydakı çıxışının mühüm istiqamətlərindən biri məhz postmünaqişə dövrünün və yeni geosiyasi reallıqların tələbləridir. Bu mərhələdə hərbi gücün daha da artırılması, təhlükəsizliyin təmin olunması, iqtisadi dayanıqlığın möhkəmləndirilməsi, xarici siyasətin fəallığının artırılması, ideoloji təhlükəsizliyin gücləndirilməsi və Qarabağla Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilir.İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, nəqliyyat və enerji sistemlərinin yaradılması, məktəb və səhiyyə obyektlərinin tikilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin olunması Böyük Qayıdış Proqramının əsas istiqamətlərini təşkil edir. Eləcə də qarşıdakı dövrdə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, dövlətin iqtisadi və hərbi gücünün artırılması, insan kapitalının inkişaf etdirilməsi, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsidir”.

Elbrus

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31