Təşəbbüskar və lider ölkə...
23.07.2024 [10:00]
Azərbaycan etibarlı tərəfdaş kimi iqtisadi komanda üzvlərinin sayını artırır
Azərbaycanın iqtisadi resursların tədarükündə əməkdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsiplərinə sadiqliyi regionda etibarlı və nüfuzu dövlət kimi iqtisadi komandaya cəlb etdiyi üzvlərin sayının artmasına səbəb olmaqdadır. Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə çoxşaxəli və nümunəvi iqtisadi platforma yaratmaqla istər enerji sənayesində, istərsə də qeyri-neft sektorlarında region ölkələri ilə dərin iqtisadi inteqrasiyanı möhkəmləndirir, eyni zamanda, bu məqsədyönlü siyasət iqtisadi problemlərin böyük əksəriyyətinin həllinə imkan verir.
Azərbaycan regionda və post-sovet mıəkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas sütunu neft və qaz nəqlidir və ölkəmiz Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Bakı-Tbilisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən,TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə kimi Avropa bazarında etibarlı neft təchizatçısı kimi tərəfdaşa çevrilmiş respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib.
Azərbaycan enerji amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və enerji ixracını başqa ölkələrin iqtisadi təhlükəsizliyinin vacib kompomnenti kimi dəyərləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmizdə qaz hasilatı hər il artır və imkanlar genişləndikcə başqa ölkələrin də yanacaq təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülür, Azərbaycan çalışır ki, əlavə ehtiyatlar yanacaq qıtlığı çəkən dövlətlərə yönəldilsin. “50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hədəf proqramına əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artmalıdır. Proqnozlara əsasən, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırılacaq. Nəticədə Azərbaycanın qaz ixrac potensialı 2 dəfə artmaqla Avropa İttifaqının ehtiyaclarının ödənilməsində ölkəmizin rolu daha da güclənəcək.
Azərbaycanın çoxşaxəli enerji siyasətinin mərkəzində həm də digər bölgə ölkələrinin də enerji resurslarının Şərq-Qərb enerji koridorlarına cəlb edilməsi dayanır. Belə ki, məhz Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələri - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə TransXəzər mənbəyindən Avropaya illik 40-50 milyard kubmetrə yaxın qaz nəqli gözlənilir. Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarını Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Beləliklə, Azərbaycan enerji siyasətininin şaxələnməsində flaqman ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində genişşəbəkəli enerji koalisiyası yaratmış olur.
Regionun enerji-nəqliyyat, tranzit qovşaqlarının sahibi də Azərbaycandır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan çoxşəbəkəli regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əsas arteriyaları olan Şimal-Cənub, Şərq-Qərb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Yeni İpək Yolunun Orta dəhlizlərindən biri Azərbaycandır. Gürcüstanın da təmin olunduğu bölgədəki bütün nəqliyyat arteriyalarının əsas müəllifi və mərkəzi qovşağı ölkəmizə məxsusdur. Azərbaycan nəqliyyat-tranzit qovşaqlarının şaxələnməsində də bütün region ölkələri ilə eyni, bərabər münasibətlərin tarazlığını qoruyub saxlayır, nəqliyyat daşınmalarını da siyasi məqsədlərdən təm kənarda tutaraq ancaq əməkdaşlıq və rifah üçün inkişafını vacib hesab edir. Bu baxımdam Avropa İttifaqının Orta Dəhlizin reallaşması istiqamətində ölkəmizə özəm verməsi də ortaq marağın ifadəsi hesab edilə bilər. Aİ Trans-Qazaxıstan dəhlizinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) sıx əlaqələndirilməsi üçün yeni infrastrukturların yaradılması və ümumilikdə Orta Dəhlzin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçüb sərmayə yatırılmasında əsas donor olmaq niyyətini də gizlətmir. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole bildirib ki, Avropa ölkələri Orta Dəhlizin formalaşması istiqamətində bütün zəruri dəstəkləri verməkdə qərarlıdır və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda xüsusi təşəbbüskarlıq göstərən Azərbaycan və Türkiyə ilə bir sıra texniki-hüquqi məsələləri həll etmək iqtidarındadır.
Azərbaycanın iqtisadi əməkdaşlıq panoraması hər il genişlənir və coğrafi hüdudlar Avropa, Asiya ilə bitmir, başqa qitələrdə də yeni iqtisadi tərəfdaşlarla təmaslar güclənir. Məsələn, Afrika İttifaqı ölkələri ilə yeni imkanlar və siyasi-iqtisadi münasibətlər üçün zəminlər yaranıb. Ölkəmiz artıq Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığın möhkəm təməlini qoymaqla, bu regionda da səmimi əməkdaşlıq formatı qurmaqdadır. Ələlxüsus da Afrika İttifaqının bir çox üzvləri ilə ölkəmizin fəal tərəfdaşı kimi Qoşulmama Hərəkatında iqtisadi həmrəyliyin mühüm faydalarını görüb. Bu, praktiki təmaslar müasir reallıqlar fonunda hazırda tamamilə yeni keyfiyyət dəyişiklikləri almaqla Azərbaycan bu regionla əlaqələrinin gələcək strateji formatını da dizayn edir. Ümumilikdə, bölgədə “Troyka” mexanizmini yaradan Azərbaycan bu mexanizm gələcəkdə daha da inkişaf etdirməyə qadirdir.
Bundan başqa, Azərbaycan inkişafda olan 50-dən çox kiçik ada dövlətlərinin də iqtisadi nicatına çatan güc statusuna malikdir. Ölkəmiz onlar üçün xüsusi fond təsis etməklə onları öz müttəfiqləri cərgəsinə daxil etməkdədir. Bu isə ölkəmizin təşəbbüskar və fəal rolunun böyük bir iqtisadi komanda formalaşdırmaq məharətini nümayiş etdirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

